Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Türkiyə Xarici İşlər Nazirliyi səlahiyyət müddəti 2025-ci ildə başa çatacaq 9 ölkənin fəxri konsullarını fəaliyyətinə xitam verib.
Ovqat.com-un məlumatına görə, bunu İsveçin fəxri konsulu Nil Sağır Almaniyanın DW Turkish nəşrinə açıqlamasında bildirib.
Nazirliyin hansı səbəbdən bu qərarı verdiyini açıqlamayıb.
İsveçin Antalyadakı konsulluğu qərarla bağlı Türkiyədəki isveçlilərə rəsmi müraciət yayımlayıb. Müraciətdə deyilir:
"İsveçin Antalyadakı Fəxri Konsulluğunun hələlik konsulluq xidməti göstərə bilməyəcəyini sizə bildirmək məcburiyyətindəyik. Bu, Türkiyə hakimiyyətinin Nil Sağırın səlahiyyət müddətinin başa çatdırmaq tələbi ilə bağlıdır”.
Fəxri konsul nədir?
Bir ölkənin rəsmi nümayəndəliyi olmayan şəhərdə həmin ölkə ilə bağlı konsulluq prosedurlarını həyata keçirmək və ticarət əlaqələrini inkişaf etdirmək üçün fəxri konsullar təyin edilə bilər.
Fəxri konsullar öz vətəndaşlarına konsulluq xidmətləri göstərir və ölkələr arasında əlaqələrin inkişafına töhfə verirlər.
Fəaliyyətlərinə xitam verilən konsullar:
Nil Sağır - İsveçin Antalyadakı fəxri konsulu;
Neşe Çoşkunsu - Böyük Britaniyanın Bodrumdakı fəxri konsulu;
Nezih Öztüre - Belçikanın İzmirdəki fəxri konsulu;
Mustafa Ülkü Caner - Avstriyanın İzmirdəki fəxri konsulu;
Faruk Rende - Rumıniyanın İskəndərundakı fəxri konsulu;
Servet Mehmet Hekimoğlu - Efiopiyanın Konyadakı fəxri konsulu;
Emir Uyar - Dominikan Millətlər Birliyinin İstanbuldakı fəxri konsulu;
Mustafa Çıkrıkçıoğlu - Belizenin İstanbuldakı fəxri konsulu;
Yakup Dinler - Litvanın Nevşehirdəki fəxri konsulu.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar