Xəbər lenti

"Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar aparılmır".

"AzPolitika.info” erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan bu gün parlamentdə keçirdiyi brifinqdə deyib. "Delimitasiya ilə bağlı danışıqlar gedənə qədər Ermənistan tərəfinin hansı xəritə və sənədləri rəhbər tutacağını söyləmək tezdir", - o əlavə edib.

Gevorqyan qeyd edib ki, daxili müzakirələr zamanı ümumi yanaşmalar işlənib hazırlanıb, amma bu yanaşmalar üzrə hələlik ictimaiyyətə açıqlama verilməyəcək.

Xatırladaq ki, ötən ay “Alik Media” noyabrın 9-da Ermənistan və Azərbaycanın Moskvada iki yeni sənəd imzalayacaqları barədə məlumat yayıb. Bu xəbərdə deyilirdi ki, birinci sənəd iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyasına aiddir, ona əsasən, İrəvan və Bakı 1920-ci illərin Sovet Baş Qərargahının xəritələri əsasında bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyır. İkinci sənəd regionda kommunikasiyaların açılmasına, xüsusən də Azərbaycanla Naxçıvan arasında əlaqənin yaradılması da daxil olmaqla dəhliz yollarının yaradılmasının təfərrüatlarına aiddir.



Ana səhifəyə qayıt        Baxış: 3 472          Tarix: 4-11-2021, 12:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma