Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
Hərbi cani Robert Koçaryan başının dəstəsi ilə birgə noyabrın 8-də irəvanda etiraz mitinqi keçirməyə hazırlaşır. Onun rəhbərlik etdiyi “hayastan” blokunun təmsilçisi, deputat Vaqe Akopyan erməni mətbuatına deyib ki, mitinqin məhz noyabrın 8-nə təyin edilməsi təsadüfi deyil.
Koçaryanın dövründə Sünikin(Zəngəzur-red.) qubernatoru olmuş V.Akopyan bildirib ki, mitinqin həmin günə salınması “biabırçı sənədin”(kapitulyasiyanın-red.) imzalanmasının bir ilinin tamam olması ilə bağlıdır.
Həmçinin, əlavə edib ki, “hayastan” bloku “müqavimət hərəkatı”na başlayır: “Qalan məsələlər isə mitinqdə elan olunacaq. Mən hələ ki, hər şeyi açıqlamaq istəmirəm”.
Koçaryanın dəstəsinin nəyi açıqlayacağı bəlli olmasa da, mitinqin noyabrın 8-i saat 18.00-a təyin olunduğu bəllidir – həmin günə və saata ki, Azərbaycan öz tarixinin ən şanlı qələbələrindən birinin ildönümünü – Zəfər Bayramını qeyd edəcək. Bakı qəhrəmanlarımızın xatirəsini yad edib, uca tutaraq, fəxrlə, qürurla Zəfər sevincini yaşadığı anlarda İrəvanda işğalçılığın, terrorçuluğun, saxtakarlığın gətirib çıxardığı qaçılmaz rəzalətin miskin tamaşası oynanılacaq.
Və yəqin ki, ilahi ədalətin təcəssümüdür ki, bu miskin tamaşada baş rolu ermənilərin bugünkü rəzil durumunun əsas baiskarlarından biri olan hərbi cani Koçaryan oynayır. O rolu ki, ona daha çox yaraşır, nəinki saxta “qalib”, “qəhrəman” obrazı. O “obraz” ki, qısa müddətdə - 44 günə şanlı Ordumuz tərəfindən darmadağın edilib, külü göyə sovruldu. Və nəticədə indi həmin bu Koçrayanın başçılıq etdiyi işğalçı, qaniçən sürüyə 30 ildir ermənilərə təlqin etdikləri saxta qəhrəman yox, daha çox miskin, rəzil, qorxaq tula obrazının yaraşdığı üzə çıxır.
Müharibənin ağır nəticələri bir tərəfdən, seçkidəki məğlubiyyət və əhalinin onlara arxa çevirməsi də digər tərəfdən Koçaryan-Sarqsyan cütlüyünü və onların tərəfdarlarını necə yandırıbsa, ötən bir il ərzində ermənilərə demədikləri ağır söz, təhqir qalmayıb. Bu, o deməkdir ki, Ermənistanda milli iflas prosesi davam edir. Özlərini “ən qədim”, “ən dəyanətli”, “ən yenilməz” və s. xalq adlandıran ermənilər bütün bu epitetlərin nağıl olduğunu artıq özləri də dərk edirlər.
Məsələn, Ermənistanın Vatikandakı sabiq səfiri, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan ermənilər haqqında deyib ki, “Ermənistan yarıdövlətə, erməni milləti isə yarıxalqa çevrilib.”
Yaxud, bir müddət əvvəl Sarqsyanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın dediklərinə fikir verin. Adam sözün əsl mənasında erməni dövlətini və millətini təhqir edərək, erməniləri xalq, millət yox, populyasiya, yəni bir növ insan sürüsü adlandırıb: "Danılmaz faktdır ki, artıq bizim dövlətimiz yoxdur. Ermənistan üzv ölkələr siyahısında hardasa Argentina ilə Avstraliya arasında yalnız əlifba nişanı, ritual detal, siyasi anlaşılmazlıqdır.
Bizim artıq dövlətimiz yoxdur, özü də təkcə kapitulyantın günahından yox. Səbəb daha dərindədir. Dövlətləri millətlər yaradır. Bizdə artıq Ermənistan Respublikası yoxdur, çünki bizdə erməni milləti yoxdur. 29 min kvadrat kilometrlik ərazidə millət əvəzinə erməni əhalisi, bioloji populyasiya yaşayır. Populyasiyaların isə dövləti ola bilməz, ən yaxşı halda arealı (sahəsi) olar. Başqa sözlə, ermənilər artıq siyasi varlıq deyil, sadəcə, etnoqrafik altnövdürlər, hansı ki, bu templərlə tezliklə "Qırmızı kitab"a düşəcəklər. Dövlətsə ona görə yoxdur ki, onu yaradan xalq sadəcə, yoxa çıxıb".
Əlbəttə ki, bütün bunlar ayrı-ayrı müxalif partiya funksionerlərinin yox, daha çox onların başçılarının – Koçaryanın, Sarqsyanın və digərlrinin mövqeyi, öz xalqı haqda fikridir. Və etiraf edək ki, bu dediklərində böyük həqiqət payı var...
Bir sözlə, noyabrın 8-də Bakı küçələrində Zəfər Bayramı, İrəvanda isə etiraz mitinqi keçiriləcək. Vaxtilə Rusiyadakı havadarlarının hər cür hərbi, siyasi, maliyyə və s. dəstəyilə, Azərbaycanın ordusuz və hakimiyyətsiz olmasından istifadə edərək torpaqlarımızı işğal edən, günahsız insanların qanını tökən və bunu qəhrəmanlıq kimi qələmə verib “nərildəyən”, hər il Qarabağda, Şuşada bayram keçirən koçaryanlar, sarqsyanlar, ohanyanlar və digərləri bizim Zəfər sevinci yaşadığımız anlarda İrəvanın küçələrinə çıxıb, etiraz iniltiləri, zingiltiləri səsləndirəcəklər. Bu reallığın bizə verdiyi zövq isə tamam başqa bir aləmdir...
C.Məmmədov
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar