Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 19:12
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
Ermənistan Regional Araşdırmalar Mərkəzinin direktoru, alim Riçard Giraqosyan Azərbaycan-Türkiyə-Ermənistan arasındakı münasibətlərin qurulması perspektivləri barədə Türkiyənin Anadolu Agentliyinə açıqlama verib.
Ovqat.com-un məlumatına görə, Giraqosyan İkinci Qarabağ müharibəsinin regionun xəritəsini dəyişdiyini bildirsə də, bunun Ermənistan üçün müsbət nəticələri olacağını da istisna etməyib.
Erməni akademikə görə, Ermənistanın başlıca qazancı Türkiyə münasibətlərinin normallaşması üçün böyük üstünlük əldə etməsidir.
"Müharibə regionun xəritəsini dəyişdi, lakin əsaslı fərqlə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün böyük üstünlük yaratdı. Əvvəlki protokollardan fərqli olaraq, Azərbaycan artıq Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasının əleyhinə deyil”, - deyən Giraqosyanın fikrincə, bu yaxınlaşma nəqliyyat, ticarət və infrastruktur kimi sahələrdə regionun bərpasında daha aktiv rol oynamaq üçün çox mühüm motivasiya vəd edir. O, həmçinin bildirib ki, Türkiyə ilə Ermənistanın münasibətlərini normallaşdırması Rusiyanın bölkəyə, o cümlədən Ermənistana təzyiqlərini yumşaldacaq və İrəvanın Moskvaya qarşı daha fəal mövqe nümayiş etdirməsinə şərait yaradacaq. “Türkiyə bir çox aspektlərdə Rusiyaya mühüm alternativdir”, - erməni analitik belə düşünür.
Yalnız Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan deyil, həm də Azərbaycan prezidenti İlham Əliyevdən artıq daha müsbət mesajlar aldıqlarını qeyd edən Giraqosyan bildirib ki, regional liderlər daha müsbət mühit yaratmaq üçün yenidən çalışırlar: “Sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması Qarabağ müharibəsindən sonra atılacaq normallaşma addımlarını daha uğurlu hala gətirəcək”.
Qarabağ müharibəsində Rusiyanın da Azərbaycan kimi qalib gəldiyini deyən Giraqosyan fikrini şimal qonşumuzun öz hərbi qüvvələrini regionun hər iki ölkəsinə yerləşdirməsi ilə izah edib. Buna baxmayaraq, o, Rusiyanın Ermənistanın cənubunda artan sülhməramlı qüvvələrinin Azərbaycan və Ermənistanın müstəqilliyi və suverenliyi üzərində yeni gərginlik yaratmayacağını düşünür. Çünki Türkiyənin də regionda təsir gücünün artıb və Giraqosyan bu iki gücün bir-birini tarazlayacağına inanır.
Zəngəzur dəhlizinə gəlincə, bu bölgənin Ermənistanın cənubunda yerləşdiyini və ölkəni qonşuları ilə birləşdirən strateji məkan olduğunu xatırladan alim Azərbaycanın da “Zəngəzur dəhlizi” ritorikasını yumşaltdığını vurğulayıb. Bu kontekstdə o, Naxçıvanı dəmir yolu ilə birləşdirəcək sazişin yaxın vaxtlarda açıqlanmasının gözlənildiyini bildirib. Qeyd edək ki, Giraqosyandan fərqli olaraq, Ermənistanın Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan iki gün öncə ölkənin ictimai televiziyasına müsahibəsində Azərbaycana Zəngəzur dəhlizi əvəzinə başqa alternativlər təklif etmişdi. "Əgər Azərbaycan Naxçıvanla əlaqə saxlamaq istəyirsə, Xınzirək-Biçənək yolundan istifadə etməsi daha məqbuldur",- deyən Qriqoryanın bu sözlərindən sonra rəsmi Bakı Gorus-Qafan yolunda gömrük nəzarət məntəqəsi qurmuşdu. Azərbaycanın bununla Zəngəzur dəhlizinin eyni qaydada açılmasına nail olmağa çalışdığını düşünənlər də az deyil.
Giraqosyan Ermənistanın “Zəngəzur dəhlizi” ifadəsini öz suverenliyinə və müstəqilliyinə təhdid kimi qiymətləndirməsini də düzgün hesab etmir: "Siyasətçilər semantikaya, siyasi ritorikaya güvənəndə ictimaiyyət arasında qorxunu şişirtməyə və ya gücləndirməyə meyl göstərirlər. Amma bir analitik kimi deyə bilərəm ki, heç bir real təhlükə və ya risk yoxdur. Çünki Azərbaycan belə, Naxçıvanla əlaqə yaratmaq istərkən keçəcəyi Zəngəzur yolunun Ermənistanın suverenliyinə aid olduğunu qəbul edir. Bu mövqedə Ermənistanın dövlət olmasını inkar edən hər hansı fikir yoxdur və region artıq Rusiyanın himayəsindədir. Deməli, kifayət qədər qeyri-səmimi ritorikaya baxmayaraq, real vəziyyət daha ağlabatandır".
Baş nazir Paşinyanın müharibədə uduzduqdan sonra seçkilərdə qalib gəlməsinə münasibət bildirən Giraqosyan deyib ki, Qarabağı itirəndən sonra hökumət ağır sınaqdan keçdi, daha sonra Paşinyan “azad və ədalətli seçki” ilə yenidən vəzifəyə gəldi və bu onun hakimiyyətdəki mövqeyini əvvəlkindən daha çox gücləndirdi. Erməni akademikinə fikrincə, Azərbaycanın vəziyyəti isə kənardan baxanda daha həssas görünür. O, hansı həssas məqamlardan bəhs etdiyinə isə aydınlıq gətirməyib.
Giraqosyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşının artıq zaman məsələsi olduğunu düşünür. Onun fikrincə, bu normallaşmanın gələn il geniş vüsət alması mümkündür.
Ermənistanla Türkiyə arasında protokolların imzalanmasının gecikməsinin və ya yerinə yetirilməməsinin məyusedici olduğunu deyən Giraqosyan sözlərini belə yekunlaşdırıb:
"Sərhədlər hələ açılmayıb, lakin zehinlər açılıb və bir çox cəhətdən bunun bu qədər sürətli və ya asan olacağı heç vaxt gözlənilmirdi. Amma biz yalnız minimumdan danışırıq. Söhbət sərhədləri açıq, diplomatik münasibətləri olan və öz aralarında ticarət münasibətləri quran qonşuluq əlaqələrindən gedir. Bu tam konsensusun əldə olunması demək deyil. Məsələn, bunun "soyqırım" məsələsi ilə heç bir əlaqəsi yoxdur. Söhbət yalnız normallaşmadan gedir və bu, sülhə doğru atılan ilk addım olduğu üçün mənim tam dəstəklədiyim bir prosesdir".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar