Xəbər lenti

 

Azərbaycan postunda səhər saatlarında baş vermiş partlayışdan sonra saxlanılan şəxs hələ də sülhməramlıların yanındadır, lakin tezliklə o, Ermənistan tərəfinə təhvil veriləcək.
 
Ovqat.com
xəbər verir ki, bunu qondarma “DQR”-in ombudsmanı Qeqam Stepanyan Facebook səhifəsində bildirib.
 
Stepanyanın bildirdiyinə görə, erməni terrorçusu hazırda “sülhməramlılar”a izahat verir. Yaxın bir neçə saat ərzində isə “Dağlıq Qarabağ”ın hüquq-mühafizə orqanlarına təhvil veriləcək. Bildirilir ki, “Ombudsman Aparatının əməkdaşları saxlanılan şəxsə baş çəkib və hüquqi yardım göstəriblər”.
 
Qeyd edək ki, haqqında danışılan terrorçu bu səhər Şuşada Azərbaycan postunda dayanan əsgərlərimizin üzərinə qumbara atıb. Partlayış nəticəsində 3 hərbçimiz yaralanıb. Azərbaycan Baş Prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb. Rus “sülhməramlıları” isə həmin şəxsi terror hadisəsi törədəndən sonra dərhal göz altına alıb və dolayısıyla Azərbaycan əsgərlərinin cavab atəşindən qoruyub. İndi isə onu separatçı quruma təhvil verməyə hazırlaşırlar. Bu isə terrorçunun sərbəst buraxılması mənasına gəlir. Təsadüfi deyil ki, erməni sosial mediası belə, bu adamı indidən qəhrəman elan ediblər.


 
Rus “sülhməramlılarının” Azərbaycanın ərazisində suverenlik haqqlarımıza təcavüz kimi qiymətləndirilə biləcək bu hərəkətinin dünən İstanbulda keçirilən Türk Birliyi zirvə görüşünün ertəsi günü baş verməsi Moskvanın rəsmi Bakıya göz ağartmasına bənzəyir. Xatırladaq ki, həmin zirvə görüşü sanki Azərbaycanın ötən il apardığı 44 günlük savaşa həsr olunmuş və Prezident İlham Əliyev Türk dünyasının qalib Baş Komandanı kimi ail mükafata layiq görülmüşdü. Görünür, Moskva bu toplantını Türk dövlətlərinin ona verdiyi “əlvida, Rusiya” mesajı kimi qəbul edib, dərhal erməni təxribatı törədərək Azərbaycana və digər qardaş respublikalar “mən hələ ölməmişəm və istənilən təxribatı törədə bilərəm” cavabı verir.
 
 


Ana səhifəyə qayıt        Baxış: 7 000          Tarix: 13-11-2021, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma