Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
“Ukraynanın bir neçə vilayəti Rusiyanın tərkibinə daxil ola bilər”.
Ovqat.com xəbər verir ki, bunu Zakarpat vilayəti administrasiyasının keçmiş rəhbəri, istefada olan polis general-leytenantı Gennadi Moskal “Ukrayna” telekanalına açıqlamasında deyib.
Moskal bildirib ki, Ukrayna rəhbərliyinin “hər şey yaxşıdır, hər şey sakitdir” bəyanatları reallığa uyğun gəlmir: “"Novorossiya" layihəsinin təhlükəsi hələ də sovuşmayıb. Xarkov, Dnepropetrovsk, Xerson, Nikolaev, Odessa vilayətlərində rusiyapərəst əhval-ruhiyyə güclüdür”.
Xatırladaq ki, “Novorossiya” ideyası Maydan hərəkatından sonra gündəmə gəlmişdi və Ukraynanın şərq hissəsinin ayrılaraq Rusiyaya birləşməsini nəzərdə tuturdu. Ukraynanın Qərbə meyllənməsi və Rusiyaya bağlı Viktor Yanukoviç hökumətinin devrilməsindən sonra etnik rusların çoxluqda olduğu rayonlarda Moskvanın təşviqi ilə “xalq üsyanları” baş vermişdi. İlk əvvəl Luqansk, Donetsk və Krım ilə yanaşı Xarkov, Dnepropetrovsk, Xerson, Nikolaev, Odessa, Zaporoje kimi vilayətlərdə başlayan üsyanlar Ukraynanın sərt müqaviməti ilə üzləşmişdi. Kremldən dəstək alan ruspərəstlər bu vilayətlərin birləşməsi ilə “Novorossiya Federasiyası” adlı yeni dövlət qurmağı planlaşdırmışdılar.
Maraqlıdır ki, həmin dövrdə yalnız Luqansk və Donetsk vilayətləri Donbass adı altında bir araya gələ bilmiş, digər bölgələrin bu ittifaqa qoşulması dayandırılmışdı. Layihənin yarımçıq qalmasının səbəbi isə “Donbass” yetkililərinin “Novorossiya” layihəsindən imtina etməsi ilə bağlı idi. DXR-in o dövrdəki xarici işlər naziri Aleksandr Kofman bu qərarı onunla əsaslandırmışdı ki, ideya digər rayonlarda yetərli dəstək tapmayıb, planın həyata keçirilməsi üçün “daha ciddi dərəcədə anti-Ukrayna əhval-ruhiyyəsi” tələb olunur. Xalq isə müharibədən yorulduğu üçün artıq bu cür ideyaların dalınca getmir. Rusiya televiziya şoularının tez-tez qonağı olan DXR parlamentinin rəhbəri Oleq Tsarev isə ayrı fikirdəydi: “Novorossiya strukturlarının fəaliyyəti dondurulub, çünki bu fəaliyyətlər Normandiya ölkələrinin iştirakı ilə imzalanmış sülh planına uyğun gəlmir", - deyən Tserevin sözlərindən anlaşılırdı ki, bu layihənin dayandırılmasında xarici faktorlar mühüm rol oynayıb.
Bəs bu xarici faktorlar nə idi?
Sözsüz ki, açıq etiraf olunmasa da bu imtinanın əsas səbəbi Rusiyadan gələn tapşırıq ola bilərdi. Həmin vaxt Rusiyanın Soçi şəhərinə ABŞ dövlət katibi Con Kerri, Moskvaya isə onun müavini Viktoriya Nuland səfər etmişdi. Layihənin yarımçıq saxlanılmasının məhz bu səfərlərlə eyni vaxta düşməsi bəzi mülahizələrə yol açmışdı. Bir çox rus analitiklər Moskva ilə Vaşinqtonun “Novorossiya” məsələsində müəyyən sövdələşməyə vardığını iddia edirdilər. Donbass yetkililərinin “Novorossiya” layihəssindən imtina etməsindən 1 həftə əvvəl Rusiyanın ultrasağçı ideoloqu Aleksandr Duqin qələmə aldığı bir məqaləsində sövdələşmə müqabilində Krımın ilhaqının baş tuta biləcəyini, bunun üçün isə Minsk razılaşmalarına əməl olunmasını, DPR və LPR xalqına Ukrayna daxilində muxtariyyətlə kifayətlənməyi təklif edirdi. Mümkündür ki, bu ideya Duqinin öz beyninin məhsulu deyildi, ona Moskva tərəfindən informasiya sızdırılaraq, əldə olunan sövdələşməni ictimai sifariş kimi təqdim etmək üçün zəmin hazırlayırdılar.
Putin hakimiyyətinin “Novorossiya” layihəsindən imtina etməsini praqmatizmlə əlaqələndirənlər də var. Bu mülahizəyə görə, Vladimir Putin Ukraynanın onsuz da əldən çıxdığı ilə razılaşmış, Rusiyanın nəinki “Novorossiya”nı, hətta Donbassı da mənimsəməsinə Qərbin imkan verməyəcəyini, minlərlə insanın qanının boş yerə töküldüyünü və ölkə daxilindəki “tamaşaçı” dəstəyinə baxmayaraq, Rusiya hökumətinin orta və uzunmüddətli reputasiya itkilərinin çox olacağını anladığından geri addım atmışdı. Minsk razılaşmasından sonra Putinin “Novorossiya” sözünü ümumiyyətlə dilə gətirməməsi onun həqiqətən də geri çəkilməsinə dəlalət edirdi.
Səbəb nə olursa, olsun, Putin administrasiyasının hələ 2015-ci ildən etibarən “Novorossiya” layihəsindən geri çəkildiyi olduqca aydın görünür. Hətta Ukraynanın bütün təhrikedici hərəkətlərinə baxmayaraq, Rusiya Donbass məsələsində belə təmkinini qorumağa çalışır. Sanki onu Donbassdan daha çox Krımı əldə saxlamaq maraqlandırır. Krım Qara dənizdə Rusiyanın akvatoriyasını hədsiz dərəcədə genişləndirdiyindən onun bu adaya həqiqətən də böyük ehtiyacı var. Mümkündür ki, Krımın toxunulmazlığını təmin etmək üçün Rusiya “Novorossiya” layihəsini gündəmə gətirərək yenidən sövdələməşmək üçün güzəştə gedəcəyi dəyər yaratmağa çalışır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar