Xəbər lenti
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
21-12-2024, 12:35
Cəbhədən verilən son məlumata görə, Azərbaycan Ordusu düşmən üzərində ciddi naliyyətlər qazanır. Lokal döyüş əməliyyatında aviasiya istisna olmaqla, demək olar ki, bütün növ hərbi texnika istifadə edilir. Ermənistan Ordusu 4-dən çox yüksəklik və postları itirib. Azərbaycan Ordusu isə bir çox hərbi texniki qənimətlər və hərbi əsirlər ələ keçirib. Sərhədə yaxın yerləşən erməni kəndləri təhlükəsizlik üçün boşaldılıb, Kəlbəcərlə sərhəddəki qızıl yataqlarında (Ermənistan tərəf) işləyən əməkdaşlar təxliyə olunub. Hazırki situasiyada AO üstünlüyə sahibdir. Canlı itkilər barədə hələlik dəqiq məlumat yoxdur.
Hələlik Əsas döyüş əməliyyatları ermənilərin Tsetsernakar adlandırdıqları Qızıl Təpə yüksəkliyi ətrafında gedir. Erməni mənbələrinin məlumatına görə, yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçib.
Qızıl təpə strateji əhəmiyyətə sahib Sisyan şəhəri üzərində yerləşir. Bu yüksəklikdən şəhər sanki ovucun içində kimi görünür. Ermənistanın cənubunu şimalına bağlayan və İranın Qara dənizə açılan qapısı üzərində yerləşən bu şəhərin nəzarətə götürülməsi düşmən ölkənin bir hissəsini faktiki anklav vəziyyətə sala bilər. Bununla da ermənilərin 10 noyabr bəyanatının tələblərini yerinə yetirməyə vadar ediləcəyi düşünülə bilər.
Digər qarşıdurmanın Tovuz və Qazax istiqamətində baş verməsi gözlənilir. Erməni mənbələrinin iddialarına görə, Azərbaycan öz hərbi qüvvələrini bu istiqamətdə döyüşə hazır vəziyyətə gətirib. Qaranlıq tam çəkəndən sonra bu istiqamətdə də döyüşlərin başlayacağı gözlənilir. Əslində Azərbaycan Ordusunun bu istiqamətdə əməliyyatlara başlaması üçün əsaslar da var. Hazırda həmin ərazıdə erməni işğalı altında qalan 7 kəndimiz azad olunacağı günü gözləyir. Həmin kəndləri qurtara bilsək Ermənistanın Gürcüstana gedən yolu da bağlanacaq. Bu da düşmən ölkənin bütün xaricə çıxışlarını bağlamaqla qalmayacaq, həm də onun daxildən bölünməsini daha da sürətləndirəcək.
Açığı, növbəti əməliyyatı ölkəmizin ən qərb nöqtəsindən gözləyirəm. Naxçıvanın Kərki kəndinin işğaldan azad edilməsi də bizim qarşımızda dayanan ən mühüm vəzifələrdəndir. Kərkinin işğaldan azad edilməsi Ermənistanın orta hissəsini də mərkəzdən ayıracaq. Nəticədə düşmən dövlət faktiki 3 yerə bölünmüş olacaq. İstərlərsə, bu əməliyyatlardan sonra ümumiyyətlə kommunikasiya xətlərini açmasınlar. Bizim yeri gələndə Naxçıvana pis-yaxşı yolumuz var. Ermənilər isə sərt sirkə olmasalar öz qablarını əbədi olaraq 3 yerə parçalayacaqlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar