Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Ermənistan hakimiyyəti strateji tərəfdaş olaraq Rusiyadan Azərbaycanla sərhəddə yaranan situasiya ilə bağlı yardım istəyir.
Axar.az xəbər verir ki, bu barədə hazırda Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edən Ermənistan TŞ katibi Armen Qriqoryan mediaya açıqlamasında deyib.
O bildirib ki, Ermənistan 1997-ci il sazişi çərçivəsində (Ermənistanın ərazi bütövlüyünün qorunması) bununla bağlı Rusiyaya yazılı müraciətə hazırlaşır.
A.Qriqoryan “Rusiyadan hərbi, yoxsa diplomatik yardım gözləyirsiniz” sualını belə cavablandırıb:
“Biz problemin diplomatik yolla həllinin tərəfdarıyıq. Ancaq diplomatiya yardım etməsə, onda problemi hərbi yolla həll etmək lazım gələcək”.
Rusiyanın vasitəçiliyi ilə döyüşlərin dayandırıldığı üçün Kremlə təşəkkür edən A.Qroqoryan problemin həll olunmadığını, guya Azərbaycan Ordusunun hazırda Ermənistan ərazisində dayandığını iddia edib.
A.Qriqoryan Rusiyanı şantaj etməyi də unutmayıb. Belə ki, bundan öncə mediaya açıqlamasını bir daha təkrarlayıb və bildirib ki, KTMT və Rusiyanın yardım etməyəcəyi təqdirdə “Ermənistan digər variantları nəzərdən keçirəcək”.
Qriqoryanın “digər variantlar” dedikdə Qərb ölkələrini, xüsusilə Fransanı nəzərdə tutduğu, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması məsələsinin gündəmə gələcəyinə işarə etdiyi barədə ehtimallar da səsləndirilir.
Qeyd edək ki, bəzi politoloqlar əslində sərhəd təxribatlarında da Paşinyanın hədəfinin bu olduğunu bildirirlər: Rusiya müdaxilə edərsə, onda “cüzi də olsa üstünlüklə daxili auditoriyada qəhrəman adını alaraq” kürsüsünü möhkəmləndirəcək, əks halda isə Rusiyaya qarşı ictimai rəyi gücləndirərək, açıq qərbyönlü siyasət yürüdəcək. Çünki N.Paşinyan bütün vasitələrlə Rusiyanın etibarsızlığını sübut edib, Sorosun tapşırıqlarını icra etmək istəyir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar