Xəbər lenti

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nəhyan bu gün Ankarada bir araya gələcək.
 
Ovqat.com-un məlumatına görə, bir neçə dəqiqədən sonra gerçəkləşdirilməsi gözlənilən görüşdə iki dövlət arasında iqtisadi, siyasi və əməkdaşlıqları əhatə edəcək sənədlərin imzalanacağı bildirilir.
 
Mətbuata tamamilə qapalı keçiriləcək və sonunda mətbuat konfransının belə nəzərdə tutulmadığı görüşdə BƏƏ-nin Türkiyəyə 10 milyardlarla dollarlıqlıq investisiya qoyuluşunun önü açıqlacağı gözlənilir. İddialara görə, xüsusilə dünya ticarət zəncirinin aparıcı təchizatçılarından olan BƏƏ-nin DP World şirkəti Türkiyə ilə böyük həcmli investisiyalar müqaviləsi bağlayacaq.
 
Görüşdən əvvəl Türkiyənin potensial və coğrafi üstünlüyünün böyük sərmayələr üçün münasib olması ilə bağlı açıqlamalar verən DP World-un bu bəyanatı dünya mətbuatında da böyük əks-səda doğurub. London mərkəzli xəbər saytı “Middle East Eye” nəşri tərəfindən dünən açıqlanan bu xəbərin ardından bir çox media orqanları investisiya həcminin miqdarı ilə bağlı bəzi mülahizələr irəli sürüblər. Bəzi nəşrlər Əmirlik şahzadəsi əl Nəhyanın bu ilin əvvəlində Türkiyəyə 100 milyard dollar sərmayə qoymağa hazır olduğuna dair açıqlamasını xatırladaraq, yatırılacaq investisiya məbləğinin bu rəqəmi keçə biləcəyini iddia ediblər.
 
BƏƏ-nin Türkiyəyə yatıracağı sərmayələrin təfərrüatlarını gündəmə gətirən Bloomberg oldu. “Bloomberg” səfərin iki ölkə arasında əlaqələri əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını vurğulayıb.
 
 
Bloomberg, manşet xəbərində, "BƏƏ lideri Məhəmməd Bin Zayed Al Nəhyanın Türkiyəyə səfərinin milyardlarla dollarlıq ticarət və sərmayənin kilidini açacağı”nı iddia edib.
 
Qətərdə fəaliyyət göstərən “Əl-Cəzirə” də ikili görüşü gündəmə gətirən nəşrlərdən olub. Əl Nəhyanın prezident Ərdoğanın dəvəti ilə mühüm bir səfər etdiyini vurğulayan “Əl-Cəzirə” ölkə liderlərinin görüşündə böyük ticarət həcminin işığında ikitərəfli əlaqələrin bütün ölçüləri ilə müzakirə ediləcəyini və bunun əlaqələrin yaxşılaşdırılması səbəb olacağını vurğulayıb. 
 
Xatırladaq ki, Türkiyə ilə BƏƏ arasında 2013-cü ildən bəri soyuq yellər əsirdi. Ankaranın beynəlxalq maliyyə mərkəzlərinin ona qarşı savaş açdığı və Türk lirəsinin getdikcə zəiflədiyi bir zamanda öz qapılarını ərəb sərmayəsinə açmasının Türkiyəni iqtisadi böhrandan çıxaracağı güman olunur.
 


Ana səhifəyə qayıt        Baxış: 5 419          Tarix: 24-11-2021, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma