Xəbər lenti


Düzünü desəm soydaşlarla əlaqə saxlamaqda utancverici heç nə görmürəm. Bizim də soydaşlarımızın və həmvətənlərimizin belə bir sahəsi var. Biz də dünya xəritəsini müəyyən rənglərlə rəngləyə, ona fərqli bir ton verə bilərik. Birincisi bu, bütün postsovet məkanı ola bilər. SSRİ xalqlarını təmsil edən çoxlu sayda həmvətənimiz var - Almaniyada, digər Avropa ölkələrində, İsraildə, ABŞ-da, Latın Amerikasında, Argentinada...

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov MHP lideri Dövlət Baxçalının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi türk dünyasının xəritəsində Rusiya ərazisinin göstərilməsi barədə suala cavabında deyib.

“Bizim türk ortaqlarımız əvvəlcə türk ölkələrinin əməkdaşlığını, indi isə təşkilatını yaratdılar. Biz buna çox yaxşı yanaşırıq. Əgər söhbət mədəni təşkilatçılıqdan, dil birliyinə dəstəkdən, humanitar yardımdan, təhsil əməkdaşlığından gedirsə, burda pis heç nə görmürəm. Biz də gərək bu istiqamətdə, humanitar yönümlü aktiv işlər görək. Amma söhbət bəzi təsdiq olunmamış, lakin danışılan hərbi birliklərin yaradılmasından gedirsə, bu, işlərin xeyrinə olmayacaq. Bu nə Türkiyənin, nə də təşkilata üzv olan türkdilli ölkələrin xeyrinə olacaq. Prezidentlər bu barədə zəngləşəcək. Mən də sabah Stokholmda keçiriləcək ATƏT-in sammitində həmkarım Mövlud Çavuşoğlu ilə bu sualları açıq şəkildə müzakirə edəcəm”, - deyə rusiyalı diplomat bildirib.

S.Lavrov qeyd edib ki, dürüst şəkildə problemi bildirib aydınlıq gətirmək lazımdır:

“Maraq balanslarını qorumaq üçün müzakirə edib aydınlıq gətirməliyik”.



Ana səhifəyə qayıt        Baxış: 5 367          Tarix: 1-12-2021, 20:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma