Xəbər lenti
 

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə ikitərəfli danışıqlardan imtina etmir, lakin onunla Donbassdakı silahlı böhranı müzakirə etmək niyyətində deyil”. 
 
Ovqat.com-un məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov media açıqlamasında belə deyib. 
 
Sözçünün fikrincə, Donbassdakı münaqişənin həlli Putinin səlahiyyətinə aid deyil. O, qeyd edib ki, əgər iki dövlət başçısının görüşü həqiqətən baş tutsa, o zaman danışıqların mövzusu Ukrayna və Rusiya arasında ikitərəfli tərəfdaşlıq münasibətlərinin qurulması olacaq.
 
 Məlum olduğu kimi, gələn həftə Sankt-Peterburqda MDB respublikaları liderlərinin görüşü keçiriləcək. Bəs, Zelenski Putinlə görüşmək üçün bu sammitə qatıla bilərmi?
 
Jurnalistlərin bu sualını cavablandıran Kreml sözçüsü xatıladıb ki, Ukrayna da formal belə olsa, MDB-nin üzvüdür:  "Əlbəttə, Zelenski gələ bilər, amma onun bunu edəcəyini düşünmürəm".


 
Ukrayna-Rusiya münasibətləri dünən ABŞ-ın da gündəmində yer alıb. ABŞ-ın vitse-prezidenti Kamala Harris CBS telekanalına müsahibəsində bildirib ki, Rusiya Ukraynadakı vəziyyətə görə yeni sanksiyalarla üzləşə bilər. 
 
Harrisin fikrincə, Vaşinqton öz mövqeyini müttəfiqlərlə razılaşdırır və bunu Rusiya hakimiyyətinin diqqətinə çatdırır. “Biz birbaşa Rusiya ilə danışırıq. Biz açıq şəkildə bildiririk ki, Rusiya Ukraynanın suverenliyinə qəsd etməməlidir, biz onun ərazi bütövlüyünü qoruyuruq”, - deyə Harris vurğualyıb. 
 
Vitse-prezidentin xatırladıb ki, Vaşinqton əvvəllər də Rusiyaya qarşı misli görünməmiş sanksiyaları tətbiq etməyə hazır olduğunu açıq şəkildə bildirib. 
 
Bu, ABŞ-ın Rusiyaya qarşı ilk bəyanatı deyil. Dekabrın əvvəllərində dövlət katibi Entoni Blinken də xəbərdarlıq etmişdi ki, Moskva ilə Kiyev arasında hərbi münaqişə yaranarsa, Vaşinqton “iqtisadi sahədə son dərəcə təsirli tədbirlər” görəcək. Daha sonra ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland da bənzər təhdidlərlə çıxış etmişdi.



Ana səhifəyə qayıt        Baxış: 5 533          Tarix: 27-12-2021, 13:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma