Xəbər lenti

 
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (DTK) keçmiş rəhbəri Kərim Məsimov dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb.
 
Ovqat.com xəbər verir ki, məlumatı komitənin mətbuat xidməti yayıb. 
 
Məlumata görə, Qazaxıstan DTK öz sabiq rəhbəri barədə yanvarın 6-dan ibtidai istintaqa başlayıb. Məsimov Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 1-ci hissəsinin 175-ci maddəsi ilə dövlətə xəyanətdə şübhəli bilinir.
 
İstintaq çərçivəsində Komitənin keçmiş sədri və bir sıra digər təqsirləndirilən şəxslər saxlanılaraq təcridxanaya göndərilib.
 
Kərim Məsimov iki dəfə - 2007-2012-ci illərdə və 2014-2016-cı illərdə Qazaxıstan hökumətinə rəhbərlik edib. O, müxtəlif illərdə də bir sıra nazir vəzifələrində çalışıb, respublika prezidentinin aparatına rəhbərlik edib.
 
Məsimov 2016-cı il sentyabrın 8-də prezident Nursultan Nazarbayevin fərmanı ilə Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib.
 
2022-ci il yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Məsimovu tutduğu vəzifədən azad edərək, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Yermek Saqimbayevi DTX-nin sədri təyin edib.
 


Ana səhifəyə qayıt        Baxış: 6 585          Tarix: 8-01-2022, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma