Xəbər lenti

"Regionda davamlı təhlükəsizlik və sabitliyə nail olmağın yeganə yolu ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsidir".

"Report" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.

Danışıqlar zamanı ikitərəfli və regional əlaqələr müzakirə edilib. Tərəflər ölkələr arasında əməkdaşlıq və koordinasiya səviyyəsinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Rəisinin Moskva səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşünə toxunan Ərdoğan səfərin nəticələrinin tezliklə müxtəlif sahələrdə görünəcəyinə ümid etdiyini bildirib və regional təhlükəsizliyə nail olmaq üçün ölkəsinin İrana dəstəyini vurğulayb.



Ana səhifəyə qayıt        Baxış: 2 869          Tarix: 22-01-2022, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma