Xəbər lenti
Bu gün, 16:00
Bu gün, 10:33
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
Ermənistanın iki gün öncə vəzifəsindən istefa verən Prezidenti Armen Sarkisyanın artıq bir neçə gündür Ermənistanı tərk etdiyi məlum olub.
“AzPolitika.info” xəbər verir ki, bununla bağlı məlumat yayan “Sputnik Armenia” onun məhz hansı ölkədə olduğunu yazmır.
Bu məlumatı Sarkisyanın sözçüsü də təsdiqləyib. Prezident Aparatından bildirilib ki, Armen Sarkisyan müalicə məqsədilə ölkəni tərk edib.
Elə istefa ərizəsini də xaricdə yazıb. Aparatdan bildirilib ki, Prezident “müayinəsini yarımçıq saxlaya bilmədiyi üçün” istefa ərizəsini Ermənistana qayıtmadan, yerləşdiyi ölkədəcə yazaraq göndərib: “Prezident məzuniyyətdədir və onu Ermənistandan kənarda keçirir.
Tibbi müayinəni xaricdə keçirməsi onunla bağlıdır ki, o, bir neçə il əvvəl ağır xəstəliyə qalib gəlib və həmin vaxtdan onun səhhətindən yaxşı məlumatı olan həkimlərin daimi nəzarəti altındadır.”
Lakin bu xəbərdən sonra Ermənistanda hətta Armen Sarkisyanın ölkədən qaçdığına dair xəbərlər yayılmağa başlayıb. Məsələ ondadır ki, bu xəbərdən az öncə Ermənistanın “Hetq.am” nəşri Sarkisyanın Karib dənizində yerləşən Sent-Kits və Nevis adlı cırtdan dövlətin vətəndaşı olduğunu yazıb.
Həmin məlumatda göstərilir ki, Prezidentin sözügedən ada dövlətində mehmanxana biznesi var. Sarkisyan özü də etiraf edib ki, 2013-cü ilə, yəni Ermənistanın Böyük Britaniyadakı səfiri təyin olunana qədər həmin adaya investisiya yatıraraq, oranın vətəndaşlığını alıb. Səfir təyin olumamışdan öncə isə biznesdəki payını ailə üzvlərindən birinə verib.
İndi isə məlum olub ki, Sarkisyan nə səfir təyin olunandan, nə də Prezident seçiləndən sonra həmin ölkənin vətəndaşlığından imtina etməyib və Prezident seçilərkən də bu vətəndaşlığı daşıyıb. Bu isə Ermənistan konstitusiyasına ziddir və o deməkdir ki, Sarkisyanın Prezident postunda oturması, eləcə də qanunları, qərarları, hətta Baş nazir təyinatını belə imzalaması tam qanunsuz olub.
Bu məsələ hazırda Ermənistanda böyük qalmaqala səbəb olub. Müxalifət hay-küy qaldırıb, Paşinyan hakimiyyəti hərəkətə keçib və qəzetin qaldırdığı iddia Ermənistan Prokurorluğu tərəfindən qəbul olunub. Hətta iş rəsmən araşdırılması üçün Milli Təhlükəsizlik Xidmətinə ötürülüb.
Deyilənlər təsdiqlənsə, Armen Sarkisyana qarşı müxtəlif maddələrlə cinayət işi açıla, hətta sabiq Prezident həbs oluna bilər.
İndi hamı Sarkisyandan izahat gözləyir…
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar