Xəbər lenti

İranın nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planı (JCPOA) ilə bağlı danışıqlar Vyanada fevralın 8-dən davam etdiriləcək.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı nəzdindəki Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) sözçüsü Peter Stano yazılı açıqlamasında bildirib.

Belə ki, danışıqların iştirakçıları öz paytaxtlarında keçirdikləri məşvərətdən sonra ABŞ-ın JCPOA-ya qayıtması, habelə razılaşmanı “bütün tərəflərin tam və səmərəli yerinə yetirməsi”nin yollarına dair müzakirələri davam etdirəcəklər.

Xatırladaq ki, 2015-ci ildə ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Fransa, İran və Rusiya arasında tərəfindən imzalanmış JCPOA İranın nüvə proqramına müəyyən məhdudiyyətlər gətirilməsi müqabilində bu ölkəyə qarşı sanksiyaların ləğv olunmasını nəzərdə tutur. 2018-ci ilin may ayında ABŞ-ın razılaşmanı birtərəfli qaydada tərk etməsi bu məsələdə böhranlı vəziyyətə gətirib çıxarıb.



Ana səhifəyə qayıt        Baxış: 2 770          Tarix: 7-02-2022, 15:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma