Xəbər lenti

Ermənistan Milli Elmlər Akademiyasında Qarabağdakı qondarma rejimin "xarici işlər naziri" Davit Babayanın iki hissədən ibarət "Azərbaycan etno-milli siyasəti: milli azlıqların reaksiyası” adlı kitabının təqdimatı olub.

Qaynarinfo-nun məlumatına görə, Babayan bildirib ki, kitab Azərbaycanın milli azlıqlarının tarixini və siyasətini təqdim edir.

"Azərbaycanşünaslıq ən vacib istiqamətlərdən biri olmalıdır. Çünki bizim məcburən də olsa, bu ölkə ilə xüsusi münasibətimiz var. Ona görə də yaxşı oxuyub, araşdırmağı bacarmalıyıq. Bu gün azərbaycanlılar ermənişünaslığı ən strateji istiqamətlərdən birinə çeviriblər. Biz də öz növbəsində potensialı saxlamaq üçün eyni şeyi etməliyik”, deyə Davit Babayan bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 287          Tarix: 13-02-2022, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma