Xəbər lenti
 
 
Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi səfər çərçivəsində getdiyi BƏƏ-də vəliəhd şahzadə Məhəmməd bin Zayed əl Nəhyan ilə təkbətək görüşdən sonra iki lider arasında 12 müxtəlif müqavilənin bağlanması gözlənilir.
 
Ovqat.com-un məlumatına görə, İnvestisiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Media və kommunikasiya sahələrində əməkdaşlıq haqqında Protokol, Müdafiə Sənayesi üzrə Əməkdaşlıq Görüşlərinin Başlanmasına dair Niyyət Memorandumu, Quru və dəniz nəqliyyatı sahələrində əməkdaşlıq və Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə danışıqların başlanması haqqında Birgə Bəyanat imzalanması gözlənilən sənədlərdəndir.
 
Bundan əlavə, Kənd Təsərrüfatı Kooperasiyası sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Sənaye və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlıq, Səhiyyə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, u Gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Fəlakət və fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Meteorologiya sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun da imzalanması planlaşdırılır.
 
Rəcəb Tayib Ərdoğanın bu gün başlayan səfəri 2 gün davam edəcək. 


Ana səhifəyə qayıt        Baxış: 3 771          Tarix: 14-02-2022, 11:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma