Xəbər lenti

Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 20-də Gürcüstana rəsmi səfər edib.

 AZƏRTAC xəbər verir ki, səfərin məqsədi iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığı daha da genişləndirilmək və inkişaf etdirməkdir.

Emin Əmrullayev səfər çərçivəsində ulu öndər Heydər Əliyevin Tbilisidə və Rustavidəki abidələrini ziyarət edəcək, Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. Hər iki ölkənin təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

Azərbaycanın təhsil naziri səfər çərçivəsində Gürcüstanın bir neçə ali məktəblərinə də baş çəkəcək. Həmçinin Gürcüstanın tədrisi Azərbaycan dilində olan məktəblərinin direktor və müəllim heyəti ilə də görüş keçirəcək.

Nazirin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü də nəzərdə tutulub.

Səfər fevralın 23-də başa çatacaq.



Ana səhifəyə qayıt        Baxış: 2 044          Tarix: 20-02-2022, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma