Xəbər lenti


Dnestryanı hakimiyyət Moldovanın Aİ-yə üzvlük üçün müraciət etmək qərarından sonra Kişinyovu tanınmamış respublikanın müstəqilliyini tanımağa çağırıb.

Ovqat.com
xəbər verir ki, qondarma Dnestryanı hakimiyyət bu barədə bəyanat qəbul edib və özünün rəsmi saytında yayıb.

Qondarma «respublika»nın «XİN»  hesab edib ki, Moldova hakimiyyəti ölkənin suverenliyini Brüsseldəki «milli hakimiyyət orqanlarına» verməyə və ərazinin Qərb tərəfindən yekun işlənməsinə icazə verməyə hazırdır.

“Aİ-yə üzvlük ərizəsi Moldovanın Dnestryanı ilə birgə birgəyaşayış parametrləri üzrə dialoqdan imtina etdiyini göstərir ki, bu da danışıqlar prosesinin hazırkı böhran vəziyyəti, 5+2 formatının iflic olması, ən yüksək səviyyədə görüşdən imtina etməsi, «Berlin Plus» paketi çərçivəsində öhdəliklərin yerinə yetirilməməsi, Dnestryanı Respublikaya qarşı blokadanın gücləndirilməsi və məhdudlaşdırıcı tədbirlərlə  təsdiqlənir», «Dnestraynı»nın Xarici İşlər Nazirliyinın bəyanatında bildirilir.

"Nazirlik" xatırladıb ki, Dnestryanı xalqı 1990-cı il sentyabrın 2-də öz taleyini sivil və demokratik yolla müəyyən edib, 1991-1992-ci illərdə Moldovanın hərbi təcavüzünü dayandırıb, öz azadlığını və müstəqilliyini müdafiə edib, «respublika»nın beynəlxalq aləmdə tanınması istiqamətində öz kursunu bəyan edib. 17 sentyabr 2006-cı il ümumxalq referendumunda «Dnestyanı Respublikası» suverenliyə və müstəqilliyə səs verib.

«Mövcud şəraitdə, o cümlədən Moldova rəhbərliyinin hərəkətləri nəticəsində biz Moldova tərəfini Dnestryanı ilə münasibətlərin dinc, mehriban qonşuluğa əsaslanan yekun sivil həlli məqsədi ilə dialoqa başlamağa, iki müstəqil dövlət hərtərəfli dövlətlərarası saziş imzalamağa çağırırıq».

Xatırladaq ki, Moldova prezidenti Maia Sandu bir qədər əvvəl bildirmişdi ki, ölkə Avropa İttifaqına üzv olmaq üçün müraciət etməyə hazırdır ki, bu da “ölkə sakinlərinin gələcək nəsillərinin layiqli həyatını təmin etməkdir”.




Ana səhifəyə qayıt        Baxış: 6 763          Tarix: 4-03-2022, 22:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma