Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Bu gün Rusiya Silahlı Qüvvələri Bakı vaxtı ilə saat 11-dən etibarən Ukraynanın Mariupol və Volnovaxa sakinlərinə humanitar dəhliz açaraq doğma şəhərlərini tərk etmək imkanı yaradıb. Bununla bağlı elan olunan sükut rejimi saat Bakı vaxtı ilə 18.00-a qədər davam edəcək. Şəhərləri tərk etmək istəyənlər bu 7 saat ərzində öz yaşayış yerlərindən çıxmalıdırlar.
Ovqat.com-un məlumatına görə, Ukrayna rəsmiləri də vətəndaşlara şəhəri tərk etməyə çağırıblar. Lakin indiyədək bir nəfər belə, Mariupolu tərk etməyib. Hər halda bunu Donbass «respublika"sının rəhbəri Puşilin deyib: «Hələ bir nəfər də olsun humanitar dəhlizlə Mariupoldan çıxan olmayıb»,
Bilirsiniz, niyə? Çünki Mariupol sakinləri gözəl başa düşürlər ki, onlar şəhəri tərk etsələr, rus işğalçıları şəhərdə qalan Ukrayna hərbçilərini bombardman edəcəklər. Üz-üzə, küçə döyüşlərində Ukrayna ordusunun qarşısına çıxa bilməyən işğalçılar şəhərləri ağır bombardmana məruz qoyaraq, öz məqsədlərinə çatmaq istəyirlər. Bu isə Ukraynanın igid oğullarının qeyri-bərabər döyüşdə tamamilə məhvi deməkdir. Mariupol sakinləri öz əsgərlərini işğalçılara qurban verməmək üçün canlarını sipərə çevriliblər.
Hazırda Mariupolda 200 min mülki şəxsin zirzəmilərə sığındığı bildirilir. Onlar arasında körpə uşaqlar, hamilə qadınlar da var.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar