Xəbər lenti

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukraynanın danışıqlarda 6 bənddən 4-ü üzrə razılığa gəlməsi barədə dediklərini təkzib edib. 
 
Senzor.az bildirir ki, D.Kuleba bu barədə “Ukrainskaya pravda”ya müsahibəsində danışıb.
 
"Türkiyə Prezidentinin xatırlatdığı dörd bəndlə bağlı Rusiya ilə konsensus yoxdur. Xüsusilə Ukraynada yeganə dövlət dili Ukrayna dilidir və olacaqdır. Ümumiyyətlə, danışıqların əsas mövzusunun dörd və ya digər sayda bəndlərə təsnifatı düzgün deyil", - deyə nazir bildirib.
 
O izah edib ki, nümayəndə heyətlərinin alt qruplarında eyni vaxtda çoxlu müxtəlif məsələlər müzakirə olunur. Danışıqlar prosesi çox gərgin gedir. 


Kulebanın sözlərinə görə, Ukrayna nümayəndə heyəti sərt mövqe tutub və öz tələblərindən geri çəkilmir. Nazir vurğulayıb ki, Ukrayna ilk növbədə atəşkəs, Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünə təminat verilməsində israrlıdır.
 
O, Türkiyə tərəfinə və Prezident Ərdoğana siyasi və humanitar yardıma, habelə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyulması üçün diplomatik səylərə görə minnətdarlığını bildirib. 

Nazir onu da qeyd edib ki, Ukrayna torpaqlarında sülhün bərqərar olması üçün Türkiyə və bütün maraqlı tərəflərlə dialoqu davam etdirəcək.


Ana səhifəyə qayıt        Baxış: 4 501          Tarix: 26-03-2022, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma