Xəbər lenti

Ermənistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Andranik Piloyan saxlanılıb. Məlumatı Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.

Martın 29-da Komitə fövqəladə hallar nazirini dindirməyə çağırıb. Dünən başlanan cinayət işilə bağlı nazirin hər hansı bir statusu açıqlanmayıb. İstintaqın hansı cinayət işi üzrə aparıldığı da hələlik məlum deyil.

Dünən baş nazir Nikol Paşinyan Piloyanı 14 günlük məzuniyyətə göndərib. Xatırladaq ki, ötən gün polis Fövqəladə Hallar Nazirliyində axtarışlar aparıb.

Axtarışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşını dindirilmək üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətiriblər.

azpolitika.info


Ana səhifəyə qayıt        Baxış: 3 104          Tarix: 30-03-2022, 23:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma