Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
“Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyəcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Gürcüstan hökuməti bu qərarla ölkənin və xalqın milli maraqlarını üstün tutur: “Mən ölkəmizin və xalqımızın mənafeyinə uyğun hərəkət edəcəyəm və bu qərarı heç kəs dəyişə bilməz. Ölkəmiz və xalqımızın maraqlarına uyğun siyasət aparacağam”.
Baş nazir qeyd edib ki, bu gün Gürcüstan ərazisinin 20 faizi işğal altındadır: “30 il ərzində biz üç müharibədən keçmişik. Təəssüflər olsun ki, bu müharibələrdə yüz minlərlə insan həlak olub, minlərlə qaçqınımız var. Biz səhvlərimizi təkrar etməməli və səhlənkarlıq göstərməməliyik”.
İ.Qaribaşvili Ukraynada baş verənlərin Gürcüstanı olduqca narahat etdiyini bildirib: “Gürcüstan Ukraynanı bütün beynəlxalq formatlarda dəstəkləyir. Hökumətimiz adından Ukraynaya dəstək ifadə etmək istəyirəm. Biz Ukraynaya 400 tona yaxın humanitar yardım göndərmişik və Gürcüstana gələn Ukrayna vətəndaşlarına maksimal diqqət göstərmək üçün əlimizdən gələni edirik”.
Qeyd edək ki, bu yaxınlarda Gürcüstan Prezidenti Salome Zurabişvili CNN telekanalına müsahibəsində ölkənin Rusiyaya qarşı Ukraynadakı müharibəyə görə tətbiq olunan bütün beynəlxalq maliyyə sanksiyalarında iştirak etdiyini bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar