Xəbər lenti

Ermənistanda sosial və iqtisadi böhran getdikcə dərinləşir. Ölkədə zavod və fabriklərin bağlanma təhlükəsi Ermənistan rəhbərinin vəziyyətini daha da ağırlaşdırır.

Məlumatlara görə, Ermənistanda Zəngəzur Mis-Molibden Kombinatında daha bir iğtişaş yetişir. Zavod işçiləri hazırkı rəhbərliyə qarşı üsyan etmək qərarına gəliblər, səbəb isə zavodun son zamanlar istehsal həcmləri azalması və müəssisədə idarəolunmaz vəziyyət yaranmasıdır.

Zavodun işçiləri keçmiş baş menecer Mher Poloskovun geri qaytarılması üçün zavodun səhmdarlarına məktub yazıb. Məktubda onun rəhbərliyi illərində fabrikdə filiz ixracının 22 milyon tona çatdığını, 1500 yeni iş yeri açıldığını və fabrikə bağlı bütün şirkətlərin işlədikləri bildirilir.//qaynarinfo



Ana səhifəyə qayıt        Baxış: 3 430          Tarix: 7-04-2022, 18:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma