Xəbər lenti

 
Aİ Rusiyanın Qarabağda müharibəyə son qoymaq üçün əsas səylərini tanıyır”.
 
Ovqat.com xəbər verir ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar News.am adlı erməni nəşrinə müsahibəsində belə deyib.
 
O, bildirib ki, Aİ Rusiya Federasiyasının bu istiqamətdəki diplomatik fəaliyyətini yüksək qiymətləndirir.
 
“Aİ-nin səyləri regionda davamlı sülh və təhlükəsizliyə nail olmaqda erməniləri və azərbaycanlıları dəstəkləmək üzrə öhdəlikləri tamamlayır. Aİ başa düşür ki, Yerevan və Bakı arasında sülh müqaviləsinin hazırlanması prosesində danışıqlar bu ölkələrin xarici işlər nazirləri tərəfindən aparılacaq, lakin bir çox digər departamentlərin və tərəflərin, o cümlədən Aİ nümayəndələrinin iştirakı tələb olunacaq”, - deyə xüsusi nümayəndə vurğulayıb.
 
Ermənistan və Azərbaycan hökumətlərinin yaradacağı ikitərəfli komissiyanın sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də regionda təhlükəsizliyin təmin edilməsi üzərində işləyəcəyini vurğulayan Klaar erməni jurnalistin bütün israrlı suallarına baxmayaraq, Qarabağın statusu məsələsinə ötəri də olsa toxunmayıb. 
 
Bu da ermənilərdə dərin məyusluq hissi yaradıb. Ermənilərin fikrincə, bu məqam Aİ-nin də Qarabağ probleminin artıq çözüldüyünə inandığını göstərir.


Ana səhifəyə qayıt        Baxış: 5 896          Tarix: 10-04-2022, 13:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma