Xəbər lenti
Bu gün, 09:54
Dünən, 21:45
Dünən, 21:00
Dünən, 19:41
Dünən, 18:46
Dünən, 09:08
30-01-2025, 23:19
30-01-2025, 23:00
30-01-2025, 21:16
30-01-2025, 20:50
30-01-2025, 19:24
30-01-2025, 17:52
30-01-2025, 15:34
30-01-2025, 14:44
30-01-2025, 14:11
Rus işğalçılarının Luqanskın şimal-qərbinə hücumları uğursuz alınıb.
Ovqat.com-un məlumatına görə, bunu Ukraynanın Luqansk vilayəti administrasiyasının rəhbəri Sergey Qayday mətbuata açıqlamasında bildirib.
Qayday bildirib ki, rus işğalçıları vilayətin Rubijne və Severodonetsk rayonlarına hücum etməyə çalışıblar. Amma uğursuz alınan hücum nəticəsində xeyli tələfatla üzləşib. Vilayət merinin dediyinə görə, hücumda iştirak edən 130-a yaxın əsgərin yaralanıb, Rusiyanın müxtəlif xəstəxanalarına yerləşdirilməsi barədə dəqiq informasiyaya malikdir. Bundan əlavə, rus işğalçılarının canlı və texniki itkiləri də var:
“Gün ərzində Luqansk və Donetsk vilayətləri ərazisinə düşmənin 10 hücumu dəf edilib, 12 tank, 28 zirehli texnika, 2 texnika, 1 artilleriya sistemi məhv edilib. Hava hücumundan müdafiə bölmələri düşmənin bir Su-34 təyyarəsini, bir Ka-52 helikopterini, dörd pilotsuz təyyarəni və bir qanadlı raketi vurub”, - Qayday bu barədə məlumat verib.
Qeyd edək ki, bir-birindən 13 km aralı olan Severodonetsk və Rubijne məntəqələri vilayət mərkəzi Luqanskdən 85-90 km uzaqlıqda yerləşir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər