Xəbər lenti
Bu gün, 17:30
Bu gün, 16:38
Bu gün, 15:46
Bu gün, 13:58
Bu gün, 11:17
Bu gün, 10:18
Dünən, 22:55
Dünən, 18:48
Dünən, 17:30
Dünən, 16:00
Dünən, 09:27
Rusiyanın Donbassdakı hücumu uğursuzluğa düçar olub və bölgə uğrunda döyüş iki-dörd həftəyə başa çatacaq.
Ovqat.com xəbər verir ki, Böyük Britaniyalı hərbi ekspert Mayk Martin Ukrayna savaşı ilə bağlı BBC-yə açıqladığı şərhində belə deyib.
Londondakı Kral Müharibə Kollecinin tədqiqatçısı olan Martinin fikrincə, ruslar artıq regionu ələ keçirmək üçün yeganə şanslarını da əldən veriblər:
"Artıq rus qoşunları tükənmək üzrədir və ukraynalılar əks-hücum etməyə hazırlaşırlar. Ruslar darmadağın edilmiş bütün bölmələrini Kiyevdən çıxardılar, sonra onları Ukraynanın şərqində döyüşmək üçün yenidən formalaşdırmağa çalışdılar. Amma bu bölmələr Ukraynanın paytaxtı uğrunda gedən döyüşlərdə böyük itkilər vermişdilər və Rusiya onları gücləndirə, heç bir həlledici manevrə hazırlaya bilmədi”.
Martin deyib ki, Qərbin Ukraynaya yardımının məqsədi Rusiya qoşunlarını Krım da daxil olmaqla ölkənin bütün ərazilərindən sıxışdırıb çıxarmaqdır və bunun açıq elan olunması böyük strateji dəyişikliyi göstərir.
Ekspert həmçinin hesab edir ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Truss bunun 10 il çəkə biləcəyini deyərkən yanılıb. Onun fikrincə, rus qoşunları qısa zaman ərzində dağılacaq və çox güman ki, Rusiyada çevriliş baş verəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar