Xəbər lenti
Bu gün, 20:22
Bu gün, 17:30
Bu gün, 16:38
Bu gün, 15:46
Bu gün, 13:58
Bu gün, 11:17
Bu gün, 10:18
Dünən, 22:55
Dünən, 18:48
Dünən, 17:30
Dünən, 16:00
Erməni baş nazirin kafasında mayın 1-də izdihamlı aksiya vəd edən müxalifəti sakitləşdirmək üçün hansısa plan olub-olmadığını demək çətindir; onun “ümumerməni maraqları naminə” istefa verməyəcəyinə isə təminat yoxdur
Sabah-mayın 1-də Ermənistanın müxalifət qüvvələrinin son bir həftədə İrəvanda keçirdikləri yürüşlərin yekunu olaraq son illərin ən böyük mitinqini keçirəcəkləri gözlənilir. Bu həftə ərzində hər gün müxalifət fəalları küçələri bağlayıb piketlər, axşamlar isə İrəvanın mərkəzində yürüşlər keçiriblər. Vaxtaşırı etirazçılarla hüquq-mühafizə qüvvələri arasında toqquşmalar da olub. Aprelin 29-da isə Ermənistan paytaxtının mərkəzində “Stop Nikol” şüarı ilə avtoyürüş baş tutub. Aksiyaların əsas təşkilatçıları sırasında sabiq prezidentlər-Robert Köçəryanla Serj Sərkisyanla yanaşı, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan da var.
Müxalifətçilər indi Nikol Paşinyanı özünün 2018-ci ilin aprelində tətbiq etdiyi üsullarla hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Hətta inanırlar ki, mayın 1-də gözlənilən mitinqdə hakimiyyət qarşısında qoyulmuş konkret siyasi tələblər tezliklə baş nazirin istefası ilə nəticələnəcək.
Rusiya mətbuatı aksiyalar barədə tərəfsiz mövqe sərgilməyə çalışır, amma müxalifətin tələblərinə də gen-bol yer verir. “Bu təslim olmaqdan kənardır, bu açıq-aydın xəyanətdir. Bizim cəmiyyətin tələbi belədir: Artsax heç vaxt Azərbaycanın bir hissəsi ola bilməz. Xalq bu şüar ətrafında birləşib”- “Kommersant” müxalifət liderlərindən birinə istinadən belə yazır.
Ermənistanda zaman-zaman yaşanan siyasi gərginliklər, hakimiyyət dəyişiklikləri əlbəttə ki, Azərbaycanın maraqlarına uyğun olub. Daxili gərginliklər, erməni cəmiyyətinin də, iqtidarını da parçalaması Bakının mövqeyini gücləndirib, düşmən ölkəni sarsıltmaq şansı verib. Amma 44 günlük müharibədəki qələbədən sonra Bakının apardığı fəal diplomatiya elə bir nöqtəyə çatıb ki, Paşinyanın istefası Azərbaycanın maraqlarına uyğun deyil. Təkcə ona görə yox ki, Azərbaycan hakimiyyəti necə deyərlər, erməni baş naziri “döyə-döyə” “Qarabağ Ermənistandır” kimi sərsəm mövqeyindən daşındırıb və sülh razılaşmasının beş prinsipini qəbul etməyə razı salıb. Həm də o səbəbdən ki, hazırda Ermənistanda Paşinyandan sonra sülh prosesini irəli apara biləcək sağlam qüvvə yoxdur. Düzdür, Paşinyan hakimiyyətə gələndə də çox “qazlı” idi. Amma zaman sübut etdi ki, Paşinyan 44 günlük müharibədən sonra yaranmış reallığı da qəbul etməyin vacibliyini sələflərindən daha yaxşı və doğru qiymətləndirməyi bacarır.
Paşinyan inqilabi yolla hakimiyyətə gəlsə də, 2008-ci ilin martın 1-i və 2-də qan tökərək prezident kreslosuna oturmuş Sərkisyan kimi legitimliyi şübhəli deyil, cəmiyyətin sağlam düşünə bilən kəsimindən də dəstəyi var. ADA-dakı beynəlxalq konfransdakı çıxışında Prezident İlham Əliyev sülh danışıqlar, Ermənistanla münasibətlər haqda geniş mövqe bildirib. Dövlət başçısı deyib ki, “ikinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini anlayır”: “Ermənistan hökuməti və ölkənin siyasi spektrinin bunu tam olaraq dərk etməsi və qisas almaq cəhdlərindən birdəfəlik əl çəkməsi vacibdir. Birincisi, bu qeyri-məhsuldardır, çünki bunun baş verməsi Ermənistan üçün əvvəlkindən daha ağrılı olacaq. İkincisi isə bu, regionun və beynəlxalq ictimaiyyətin tələblərinə zidd olacaqdır. Həmin tələblər isə regionda nəhayət ki, davamlı sülhə nail olunmasından ibarətdir”. Prezident onu da vurğulayıb ki, davamlı sülhə nail olmaq mümkündür, ancaq bunlar Ermənistanda daxili siyasi proseslərlə bağlı olacaq.
Prezident Ermənistandakı hazırkı gərgin daxili vəziyyətə toxunmasa da, Bakı İrəvandakı son hadisələri diqqətlə izləməkdədir. Paşinyanın ölkəsində dəstəyi var, amma Qarabağ erməni cəmiyyətinin xəstə təxəyyüllü təbəqəsi üçün həssas mövzu olaraq qalır və müxalifət bu hissləri manipulyasiya eməkdədir. Belə bir basqı Paşinyan hakimiyyəti üçün bəlkə də təhdidedici deyil, amma bu cür vəziyyətdə sülh prosesini irəli aparmaq da asan olmayacaq.
Paşinyanın kafasında müxalifəti sakitləşdirmək üçün hansısa plan olub-olmadığını demək çətindir. Müxalifətin qızışdırıb ortaya saldığı aksiyaçıların Qarabağla bağlı tələbələri qəbuledilməzdir və onu qatlayıb bir yerlərini soxmalıdırlar. Baş nazirin Moskva və Brüssel qarşısında götürdüyü sülh öhdəklikləri var. Onları yerinə yetirməlidir. Amma Paşinyan nə qədər realist olsa da, ermənidir. “Ümumerməni maraqları naminə” onun günlərin birində istefa verməyəcəyinə də təminat yoxdur. Hər halda, sabahkı aksiya Paşinyanın sonrakı addımlarını müəyyənləşdirə bilər...
Müsavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar