Xəbər lenti
Bu gün, 20:22
Bu gün, 17:30
Bu gün, 16:38
Bu gün, 15:46
Bu gün, 13:58
Bu gün, 11:17
Bu gün, 10:18
Dünən, 22:55
Dünən, 18:48
Dünən, 17:30
Dünən, 16:00
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya əsgərlərinə müraciət edib. Zelenski bildirib ki, Rusiya Ukraynadakı böyük itkilərini nəzərə almır və qoşun yeritməkdə, xüsusən Xarkov, Donetsk və Luqansk vilayətlərinə hücumlara başlamaqda davam edir.
"İşğalçılar Xarkov vilayətində əlavə qüvvələrin köməyinə yetişiblər. Onlar Donbasda təzyiqi artırmağa çalışırlar. Rusiya Federasiyası üçün bu mənasız müharibənin döyüşlərində artıq 23 mindən çox əsgər itiriblər. Amma dayanmırlar", - o deyib.
Beləliklə, Ukrayna tərəfi bilir ki, Rusiya komandanlığı yeni böyük itkilərə hazırlaşır.
"Heyətləri tamamilə məhv edilmiş və ya əhəmiyyətli dərəcədə zəifləmiş o bölmələrə zəif motivasiyası və döyüş təcrübəsi olan yeni insanlar cəlb edilir. Onlar sadəcə olaraq, hücuma keçə bilmələri üçün lazımi miqdarda insanları orduya cəlb etmək istəyirlər", - Zelenski vurğulayıb.
Dövlət başçısı Rusiya komandanlığının yaxın həftələrdə daha minlərlə əsgərinin həlak olacağı və yaralanacağından xəbərdar olduğuna diqqət çəkib.
Zelenski Rusiya Federasiyasının hərbçilərinə müraciət edərək, onları düşünməyə çağırıb: "Niyə onlar Ukraynada ölməlidirlər və qohumlarının buna ehtiyacı varmı?"
“Rusiya komandirləri əsgərlərə döyüşməkdən imtina etdiklərinə görə guya ciddi məsuliyyətlə üz-üzə olduqlarını deyəndə hərbçilərinə yalan danışır, eyni zamanda, məsələn, meyitlərin saxlanması üçün əlavə soyuducuların hazırlanması barədə heç nə demirlər. Planlaşdırılmış itkilərdən danışmırlar. Rusiyanın hər bir əsgəri həyatını xilas edə bilər. Sizin bizim torpaqda həlak olmağınızdansa, Rusiyada sağ qalmağınız yaxşıdır”, - Prezident əlavə edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar