Xəbər lenti

Ermənistanın paytaxtı İrəvanda bayraq və “Georgi lenti”dən Z hərfi yaradılıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, “Birlikdə” ictimai birliyinin 9 May Qələbə günü münasibətilə təşkil etdiyi aksiya zamanı Qələbə parkına 100 metr uzunluğu olan Rusiya və Ermənistan bayraqları qaldırılıb.

Parkdakı əbədi məşəl yaxınlığında həmin bayraqlar və eyni uzunluqda olan “Georgi lenti” ilə Ukraynadakı müharibənin simvoluna çevrilən Z hərfi yaradılıb.



Ana səhifəyə qayıt        Baxış: 3 236          Tarix: 9-05-2022, 18:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma