Xəbər lenti

İranda əsas tələbat mallarının bahalığı və qıtlığı yağın qiymətinin 3 dəfədən çox bahalaşmasına səbəb olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Son qiymət artımlarından sonra sosial şəbəkələrdə insanların mağazalara hücum edərək malları ələ keçirməsinə dair onlarla video yayılıb.

Bu cür videolardan biri də Güney Azərbaycan şəhərlərindən birində çəkilib. Videoda əlacsız əhalinin mağazaya girərək yağ götürdükləri görünür.

Xatırladaq ki, İran hökuməti Güney Azərbaycan şəhərlərinin təbii sərvətlərini yağmalayır, qarşılığında isə əhalisini hətta əsas qida məhsullarını ala biləcək maddi imkanlarla belə təmin etmir.

Zəruri ərzaq məhsullarının son olaraq dəfələrlə bahalaşmasından sonra ölkənin bir sıra əyalət və şəhərlərində ciddi etiraz aksiyaları baş qaldırıb. Əhali artıq İslam rejimini və hazırkı hakimiyyəti istəmədiklərini, səriştəsiz hakimiyyətin devrilməsini tələb edir, hökumət əleyhinə kəskin şüarlar səsləndirirlər.



Ana səhifəyə qayıt        Baxış: 2 726          Tarix: 13-05-2022, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma