Xəbər lenti

 
“Mayın 14-də Ukrayna SQ-nin Hərbi Hava Qüvvələri düşmənin ümumilikdə 8 hava hədəfini vurub, həmçinin bir sıra tağım dayaq məntəqəsini, 1 komanda məntəqəsini, 10 zirehli texnikasını və 30-a yaxın canlı qüvvəsini məhv edib”.
 
Ovqat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı öz Facebook səhifəsində məlumat yayıb.
 
Məlumatda həmçinin bildirilir ki, Xarkov vilayətində rus işğalçılarının 201-ci hərbi təyyarəsi də vurulub.
 
"Mayın 14-də Hərbi Hava Qüvvələrinin zenit-raket qoşunları rus işğalçılarının vurulmuş təyyarələrinin sayını üçüncü yüzlüyə çıxarıb. Saat 18 radələrində Xarkov vilayətində, düşmən ərazisinin dərinliklərində işğalçıların 201-ci qırıcısı vurulub. Təyyarənin növü müəyyənləşdirilir”, - deyə komandan məlumat yayıb.
 
Yeri gəlmişkən, məlumatdan da göründüyü kimi, hərbi komandanlıq 201-ci təyyarənin əslində Rusiya ərazisində vurulduğunu iddia edir. Bu da başadüşüləndir. Ukrayna öz ərazilərinə keçən rus qırıcılarını məharətlə sıradan çıxarmağa başlayandan sonra Moskva öz hərbi taktikalarını dəyişmişdi. Həyata keçirilən yeni hücum taktikasına görə,  Rus təyyarələri Ukrayna ərazisinə keçmədən sərhədə yaxın bölgələrdən qarşı tərəfin hədəflərə raket zərbəsi endirirdi. Belə anlaşılır ki, indiyədək Rusiya sərhədlərini pozmamağa etina göstərən Ukrayna Silahlı Qüvvələri təcavüzkarı öz qapısında vurmağa qərar verib.
 
Bundan əlavə, Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiəsi sistemlərinin düşmənin 7 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı sıradan çıxardığı bildirilir.
 
Qeyd edək ki, bunlar sadəcə Ukrayna ordusunun Hərbi Hava Komandanlığının “məhsullarıdır”.  Ordunun digər qollarının nə qədər düşmən qüvvəsini sıradan çıxardığı isə hələ açıqlanmayıb.
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Mayın 14-də səhər saatlarına qədər olan məlumatına görə, Rusiya hərbçilərinin ümumi itkiləri belə idi: 200 təyyarə, 163 helikopter, 27200-ə yaxın şəxsi heyət və bir çox digər hərbi texnikalar.
 


Ana səhifəyə qayıt        Baxış: 6 528          Tarix: 15-05-2022, 08:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma