Xəbər lenti
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
“Ukrayna müdafiə qüvvələrinin son sutka ərzində vəziyyətində və fəaliyyət xarakterində əsaslı dəyişiklik baş verməyib”.
“Report”un xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gün ərzində ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı 437-ci təlim alayının və 26-cı tank alayının bölmələrini qismən məhv edərək hücumunu dayandırıb, düşmənin itkiləri dəqiqləşdirilir: “Ötən gün Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı və hücum təyyarəsi düşmənin hərbi texnikasının karvanlarına güclü zərbələr endirib. Ukraynanın zenit-raket qoşunları və qırıcıları düşmənin 14 hava hədəfini, o cümlədən 7 təyyarəsini, bir helikopterini, 3 PUA-sını və 3 qanadlı raketini vurub”.
Məlumata görə, Rusiyanın canlı qüvvə resursları əhəmiyyətli dərəcədə tükənib: “Müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya işğalçıları dinc əhaliyə ərzaq məhsulları paylamaqla özlərinə müsbət imic yaratmağa çalışırlar. Onlar ukraynayönlü fəalların, dövlət qulluqçularının, antiterror əməliyyatınin iştiraklçılarının və onların ailə üzvlərinin, eləcə də işğala qarşı müqaviməti təşkil etməyə qadir olan başqa vətəndaşların axtarışını aparır. Həmin ərazilərdə Rusiyaya qarşı olan qüvvələri saxlayırlar.
Rusiya itkilər verməkdə davam edir. Qarşı tərəfin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti fərarilik və muzdluların Ukraynaya qarşı müharibədə iştirakdan imtina etməsi hallarının artmasına səbəb olur”, - nazirlikdən bildirilib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar