Xəbər lenti

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.

“Report” xəbər verir ki, bunu yerli “Hraparak” qəzeti yazıb.

Məlumata görə, hakimiyyət ölkə daxili siyasi böhranın həlli yolu olaraq bu variantı müzakirə etməyə başlayıb.

“Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, vəziyyət idarəolunmaz həddə çatarsa, növbədənkənar seçkiləri elan etməyə dəyər. Bu, hakimiyyət üçün “B” planıdır”, - nəşr yazıb.

Qeyd edək ki, Ermənistan müxalifəti iki həftədən çoxdur N.Paşinyanın istefası tələbi ilə davamlı aksiyalar keçirir.



Ana səhifəyə qayıt        Baxış: 3 162          Tarix: 18-05-2022, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma