Xəbər lenti
Bu gün, 16:05
Bu gün, 15:14
Bu gün, 14:54
Bu gün, 13:27
Bu gün, 12:37
Bu gün, 10:13
Dünən, 23:30
Dünən, 21:55
Dünən, 21:12
Dünən, 15:47
Dünən, 09:19

Tehranın Mücahidini-İslam küçəsindəki evinin qarşısında SEPAH-ın Qüds Qüvvələrinin polkovniki Həsən Səyyad Xudayari öldürülüb.
Ovqat.com xəbər verir ki, məlumatı bu hərbi birliyin özü yayıb.
Məlumata görə, polkovnikin maşınına yaxınlaşan 2 motosikletçi ona 5 güllə atıb. Polkovnik sükan arxasındaca keçinib.

İranın xaricdəki hərbi əməliyyatlarına rəhbərlik edən qurumu yüksək rütbəli zabitinin evinin qapısının önündə öldürülməsi simvolik anlam daşıyır. Sanki bu sui-qəsdi törədənlər İran rəhbərliyinə “siz hətta öz evinizdə də güvəndə deyilsiniz” mesajını vermək istəyiblər.
Rusiyanın Suriyadan çəkilməsindən sonra bu ölkəyə nəzarət Qüds Qüvvələrinə keçə bilər. Tehranda bugünkü sui-qəsdin məhz belə bir zamanda baş tutması olduqca manidardır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video




























