Xəbər lenti

Türkiyənin İsveç və Finlandiya ilə məsləhətləşmələri davam etdiriləcək. "Report" “Hürriyyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ankarada üç ölkənin nümayəndələri arasında bir neçə gün əvvəl aparılan danışıqların nəticələrini şərh edərkən deyib.

Kalının sözlərinə görə, bu ölkələrin nümayəndələri Ankaranın narahatlığını aradan qaldırmağa yönəlmiş addımlar atmaq istədiklərini bildiriblər.

“Lakin biz onlara dedik ki, məsələ təkcə xoşniyyətli bəyanatlarla həll oluna bilməz”, - Ərdoğanın sözçüsü qeyd edib.

Kalın əlavə edib ki, növbəti görüşün harada, nə vaxt, hansı formatda və hansı səviyyədə olacağı qismən İsveç və Finlandiya nümayəndə heyətlərinin Türkiyəyə necə cavab verəcəyindən asılı olacaq.

Xatırladaq ki, mayın 25-də Ankarada Prezident iqamətgahında Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında ilkin məsləhətləşmə keçirilib.



Ana səhifəyə qayıt        Baxış: 3 146          Tarix: 29-05-2022, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma