Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
İsveç və Finlandiya nümayəndə heyətlərinin Türkiyəyə səfəri prosesi ləngiyib, ölkələr Ankaradan cavab gözləyirlər.
APA bildirir ki, bu barədə “Milliyet” qəzeti məlumat verib.
Daha əvvəl isə “Financial Times” yazıb ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətə baxılması prosesinin başlanmasına mane olub.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının nümayəndələri ilə münasibətlərə dair verdiyi vədlərə inana bilmir.
Türkiyə razılaşarsa, NATO, Ərdoğanın fikrincə, “təhlükəsizlik təşkilatı olmayacaq, terrorçuların çoxlu nümayəndələrinin olduğu yerə çevriləcək”.
Qeyd edək ki, bütün üzvlərin yekdil razılığı olmadan ölkələr ittifaqa qəbul edilə bilməz.
Xatırladaq ki, Prezident Niinistö “Twitter“də bildirib ki, Prezident Ərdoğanla açıq və birbaşa telefon danışığım baş tutub:
“Mən bəyan etdim ki, NATO müttəfiqləri kimi Finlandiya və Türkiyə bir-birinin təhlükəsizliyinə öhdəlik götürəcək və beləliklə, əlaqələrimiz daha da güclənəcək. Finlandiya terrorizmin bütün forma və təzahürlərini pisləyir. Yaxın dialoqumuz davam edir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar