Xəbər lenti
Bu gün, 20:47
Bu gün, 19:39
Bu gün, 19:00
Bu gün, 16:21
Bu gün, 14:00
Bu gün, 10:11
Bu gün, 09:04
Dünən, 17:30
Dünən, 16:38
Dünən, 15:46
Ermənistan Milli Assambleyasının deputatı, müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan bəyan edib ki, keçmiş xarici işlər naziri Vardan Oskanyanın 44 günlük müharibəni araşdırmaq üçün qurulan komissiyaya gəlməkdən imtina etməsi öz nəticələrini verəcək.
“AzPolitika.info” xəbər verir ki, bu barədə siyasətçi özünün “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, müvəqqəti parlament komissiyası bu ilin əvvəlində yaradılıb. Oskanyana komissiya üzvlərinin suallarını cavablandırmaq üçün dəvət daha əvvəl göndərilsə də, mayın 28-də eks-nazir hələ ki, yazılı dəvət almadığını, lakin komissiyanın obyektiv nəticə çıxara biləcəyinə şübhələr də daxil olmaqla, onun işində iştirak etməmək qərarına gəldiyini bildirib.
Deputatın sözlərinə görə, əgər Oskanyan həqiqətən də komissiyanın araştırmasının ədalətliliyinə və obyektivliyinə əmin deyilsə, o zaman o, şəxsən iclasa gəlib “dərin biliyi və peşəkarlığı” ilə bağlı fikirlərini bölüşə bilər.
“Bununla belə, sizi xəbərdar edirəm ki, Oskanyanın və görüşə dəvət olunmuş digər şəxslərin imtinasının mənəvi və siyasi nəticələri olacaq”, - deyə Köçəryan bildirib. Siyasətçi əlavə edib ki, “Milli Məclisin reqlamenti haqqında” qanuna dəyişiklik edilərsə, belə bir imtina hüquqi nəticələr doğuracaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar