Xəbər lenti

Ermənistan parlamentinin spikeri, Nikol Paşinyanın yaxın silahdaşlarından biri sayılan Alen Simonyan 44 günlük müharibənin başa çatmasının ildönümü ilə bağlı jurnalistlərə açıqlama verib. 

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, parlament sədri bir il əvvəl baş verənlərin Ermənistana çox baha başa gəldiyini bildirib.
Həmçinin ermənilərin başına gələn bu faciənin Ermənistanın öz səhvlərinin ucbatından baş verdiyini qeyd edib: “Biz bu böyük ağrıya barmaqarası baxa bilmirik. Baş verənlərin uzun və dəqiq analizinə ehtiyac var. Biz, öz səhvlərimizə görə çox ağır əvəz ödədik”. 

Siyasətçi əlavə edib ki, 44 günlük müharibəni araşdıracaq geniş parlamaent komissiyasına böyük ehtiyac var.

Lakin qeyd edək ki, müharibənin bitməsindən bir ildən artıq vaxt keçsə də Ermənistan parlamenti heç cür onu təhlil edəcək komissiya yarada bilmir. Tərəflər bir-birini günahlandırır və komissiyanın formalaşdırılmamasına görə məsuliyyəti hakimiyyətlə müxalifət bir-birinin üzərinə atmaqda davam edir.



Ana səhifəyə qayıt        Baxış: 3 008          Tarix: 9-11-2021, 13:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma