Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Türkiyə hökuməti Latın Amerikası və Afrikanın 10 ölkəsində, eləcə də Ukraynada kənd təsərrüfatı torpaqlarının icarəsi ilə bağlı danışıqlar aparır.
Musavat.com xəbər verir ki, bu barədə yerli “Türkiyə” qəzeti məlumat yayıb.
Qeyd edək ki, Türkiyənin kənd təsərrüfatı naziri Vahit Kirişçi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə görüşündə rəsmi Ankaranın bu planı ilə bağlı danışıb. Onun sözlərinə görə, koronavirus pandemiyası və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə əlaqədar bütün dünyada ərzaq böhranının aradan qaldırılması üçün danışıqlar aparılır.
Nazir bəzi ölkələrlə artıq razılaşmalar əldə olunduğunu, digərləri ilə müzakirələrin davam etdirildiyini söyləyib.
İcarəyə götürülən torpaqlar iqlim şəraitinə görə Türkiyədə istehsal oluna bilməyən və ya kifayət qədər yetişdirilməyən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadə olunacaq.
Məsələn, Sudanda Türkiyədə istehsalı az olan ananas, manqo, avokado kimi tropik meyvələr, habelə günəbaxan, qarğıdalı, pambıq, küncüt, şəkər qamışı və yonca əkiləcək.
Qəzet son vaxtlar yemin bahalaşması ilə əlaqədar icarəyə götürüləcək torpaqlarda əsasən yem bitkilərinin istehsalının gücləndirləcəyini yazıb.
"Türkiyə kənd təsərrüfatı məhsullarına daxili tələbatı ödəmək gücündədir, lakin ixracdan danışırıqsa, o zaman xaricdə torpaq icarəyə götürmək lazımdır. İxracat üçün müasir məhsullar tədarük edilməlidir", - deyə Kirişçi bildirib.
Xatırladaq ki, bu ilin mayın sonunda BMT dünyada buğda ehtiyatının 10 həftə qaldığını xəbər eetmişdi. BMT Təhlükəsizlik Şurası dünyada buğdanın təxminən üçdə birini istehsal edən Rusiya ilə Ukrayna arasında müharibənin buna şərait yaratdığını qeyd edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar