Xəbər lenti
Dünən, 23:20
Dünən, 22:04
Dünən, 21:25
Dünən, 20:47
Dünən, 19:00
Dünən, 14:00
Dünən, 10:11
Dünən, 09:04
24-12-2024, 23:15
24-12-2024, 21:25
24-12-2024, 20:22
24-12-2024, 19:46
24-12-2024, 18:18
Küveytin “Əl-Qəbəs” qəzetinin verdiyi məlumata görə, iyunun 18-dən 19-a keçən gecə Tehranın qərbində yerləşən və İran İnqilab Keşikçiləri Korpusuna məxsus olan “Şəhid Hemmət” hərbi bazasına dron hücumu olub.
Hücumun hədəfinin ballistik və uzaqmənzilli raketlərin layihələndirilməsi və istehsalı ilə məşğul olan tədqiqat mərkəzlərinin olduğu bildirilir.
Xəbəri sözügedən qəzetə bildirən mənbələr güman edir ki, bu hücum İran ərazisindən və adıçəkilən bazadan 10 km məsafədən qalxan dronlar vasitəsilə həyata keçirilib.
İran mənbələrinin qəzetə bildirdiyinə görə, dəyən xəsarətlərin qiymətləndirilməsi ilə bağlı İranın əmniyət və hərbi orqanlarında ekspertlər hesab edir ki, qeyd edilən insansız uçaqlar əvvəlcə bu məqsədlə İrandan xaricdə hazırlanıb və ayrı-ayrı hissələrdə gizli şəkildə İrana keçirilib və ölkədə yığılıb.
Bilgili qaynaqların sözlərinə görə, bu yaxınlarda həmin hərbi bazada ballistik raketlərin mühərriki sınaqdan keçirilib.
Məlumatlı mənbələr habelə bildirir ki, şənbə günü İranın müdafiə naziri Məhəmməd Aştitani ciddi təhlükəsizlik tədbirləri altında sözügedən bazaya baş çəkib və çox güman ki, bazaya, xüsusilə onun raket tədqiqat mərkəzlərinə endirilən zərbələri qiymətləndirmək üçün bura gəlib.
Qeyd edək ki, “Şəhid Hemmət” bazası bundan öncə 26 sentyabr 2021-ci ildə də hücuma məruz qalmış, ciddi xəsarət almış və Mürtəza Kərimi, Hüseyn Abidi adlı iki mütəxəssis həlak olmuşdu.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar