Xəbər lenti
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
Dünən Suriyanın Deyr əz-Zor əyalətində yerləşən Amerika hərbi bazasına 6 raket zərbəsi endirilib.
Ovqat.com-un Suriyanın NPA (North Press Agency) agentliyinə istinadən verdiyi məlumata görə, hərbi bazaya zərbələr üçün qısamənzilli raketlərdən istifadə edilib.
ABŞ hərbi obyektinə ciddi ziyan dəydiyi bildirilir.
Agentliyin iddiasına görə, Amerika hərbi bazası İran qüvvələri və iranpərəst silahlı qruplar tərəfindən hücuma məruz qalıb. Eyni zamanda qeyd edilir ki, zərbələr kifayət qədər böyük məsafədən endirilib və İrana bağlı hərbi qüvvələr raketlərin idarə olunmasını həyata keçiriblər. Bu da idarə olunan raketlərdən istifadə oluna biləcəyini istisna etmir.
Xəbərdə bildirilir:
“Bazar günü iranpərəst yaraqlılar Deyr əz-Zorun şərq hissəsində beynəlxalq koalisiya qüvvələrinin və Suriya Demokratik Qüvvələrinin milislərinin hərbi bazasını bombalayıblar”, – Ayn Əl-Furat xəbər verir. Mənbə bildirib ki, raket zərbələri Əl-Mayadin rayonundan Əl-Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına endirilib”.
ABŞ-ın Suriyadakı hərbi qruplaşmasının komandanlığı hücum barədə heç bir məlumat vermir. Odur ki, hücumun real miqyasını müəyyənləşdirmək mümkün deyil.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar