Xəbər lenti


 

Avropa ölkələrinin Rusiya yüklərinin Kalininqrad vilayətinə tranzitinə çağırış etmələrinə baxmayaraq, Litva hakimiyyəti yüklərin tranzitinə imkan vermək niyyətində deyil. 

 

Ovqat.com-un məlumatına görə, Litva prezidentinin müşaviri Asta Skaisgiryté bu barədə açıqlama verib. 

 

Prezident müşavirinin fikrincə, Rusiya malları Litvanın ərazisindən keçir və bu ölkə öz ərazisindən keçən mallara nəzarət etmək hüququna malik olmalıdır.

 

"Ona görə də kimsə ictimai məkanda yaşıl dəhlizlərdən danışanda vurğulayırıq: Litvanın öz ərazisində baş verənlərə nəzarət etməməsi fikri ola bilməz", - Asta Skaisgiryté deyib.

 

Beləliklə, Litva Rusiya ilə dəhliz məsələsində anlaşmaq istəmir. Bu isə Rusiya tərəfinin Vilnüsə qarşı ciddi tədbirlər görməsinə gətirib çıxara bilər, çünki əslində Litva hakimiyyəti Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla Kalininqrad vilayətini tam blokadaya alır. 

 

Qeyd edək ki, bir çox Avropa ölkəsi belə, Litvanı Rusiyaya qarşı sanksiyalardan əl çəkməyə çağırmışdı. Çünki Rusiyadan Kalinqrada mal göndərilməsi əslində xarici tranzit sayılmır. Rusiyadan Rusiyaya mal göndərilməsi anlamına gələn bu tranzit prinsip etibarilə Avropanın sanksiyalarının hədəfləri ilə də üst-üstə düşmür.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 318          Tarix: 8-07-2022, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma