Xəbər lenti

“Volın, Polis və Siver istiqamətlərində vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib. Sonuncu dəfə isə Rusiya ordusu Sumı rayonunun Starıkovo qəsəbəsini raket atəşinə tutub".

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş qərargahının gündəlik operativ məlumatında bildirilib.

“Xarkov istiqamətində düşmən Xarkov şəhərinin rayonlarını və Ruski Tışki, Bezruki, Dementivka, Lisne, Slatine, Prudyanka, Zoloçiv yaşayış məntəqələrini artilleriya və raket atəşi sistemlərindən atəşə tutub. Ukraynalı müdafiəçilər düşmənin Dementivka istiqamətindəki hücum cəhdinin qarşısını alıblar. Slavyansk istiqamətində düşmən bölmələri Mazanivka, İvanivka, Dolina ərazilərində taktiki mövqeləri yaxşılaşdırmaq məqsədilə hücum əməliyyatlarını davam etdiriblər. Bu yaşayış məntəqələri istiqamətində düşmənin bütün hərəkətləri nəticəsiz qalıb. Qarşı tərəf Çepil, Velyka Komışuvax, Barvinkove, Dibrovne, Mazanivka, Boqorodiçnıe və Adamivka yaşayış məntəqələrinin ərazilərini lüləli artilleriya və raket atəşi sistemlərindən atəşə tutub. Rusiya ordusu Baxmut və Novopavliv istiqamətlərində taktiki mövqeləri təkmilləşdirməyə çalışır. Baxmut istiqamətində düşmən Yakovlivka, Berestov, Pokrovske, Soledar, Beloqorivka, Verşina, Novoluqanske, Kodema, Baxmut və Vesela Dolyna qəsəbələri ərazilərində tanklardan, lülələrdən və reaktiv artilleriyadan atəş açıb. Berestovo, Biloqorivka və Verşina yaxınlığında hava hücumları olub", - məlumatda vurğulanıb.

Məlumata görə, Novoandriyevka yaxınlığında Su-25 təyyarələri hava zərbəsi endiriblər:

“Qoşunlarımızın hərəkətini məhdudlaşdırmaq məqsədilə bir sıra istiqamətlərdə artilleriya atəşi həyata keçirib. Qara və Azov dənizlərində düşmənin “Kalibr” qanadlı raketdaşıyıcı Ukrayna ərazisindəki obyektlərə raket zərbələri endirmək üçün hazır vəziyyətdə gözləyir. Ukrayna aviasiyası və raket-artilleriya bölmələri Rusiya ordusunun sursat anbarlarını, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi əraziləri atəşə tutmaqda davam edir”.




Ana səhifəyə qayıt        Baxış: 3 281          Tarix: 12-07-2022, 09:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma