Ukrayna ordusu ölkənin cənubundakı Xerson vilayətinin bəzi hissələrini işğal edən Rusiya qüvvələrinə qarşı əks-hücuma keçib.
Ovqat.com-un məlumatına görə, məlumatı Ukrayna Ordusunun Cənub Əməliyyat Komandanlığı yayıb.
Məlumatda Xerson vilayətinin Nova Kaxovka şəhərində Rusiyaya məxsus silah-sursat anbarının hədəfə alındığını bildirilir.
Açıqlamada Rusiyaya məxsus haubitsa və hərbi texnologiyanın məhv edildiyi, 50-dən çox işğalçı əsgərin öldürüldüyü iddia edilir.
Rusiyanın TASS xəbər agentliyi də faktı təsdiqləyib. Agentliyin açıqlama verən Xerson vilayətinin ruspərəst hakimiyyət orqanları Ukrayna qüvvələrinin Nova Kaxovka şəhərinə hücumu nəticəsində azı 7 nəfərin öldüyünü bildirib.
Rusiya tərəfindən Kaxovka vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri təyin edilən Vladimir Leontiyev Telegram-da şəhərə hücum nəticəsində 7 nəfərin öldüyünü, 60 nəfərin yaralandığını bildirib.
"Dağıntılar altında hələ də çoxlu insan var. Yaralılar xəstəxanaya çatdırılır, lakin bir çox insan evlərində ilişib qalıb” – Leontiyev açıqlamasında vurğulayıb.
TASS-ın xəbərində sözügedən hücumun bölgədəki gübrə anbarlarının partlamasına səbəb olduğu da vurğulanır.
Paylaş: