Xəbər lenti


“Azərbaycan və Özbəkistan ölkəmizin Mərkəzi Asiya ilə ticarətində mühüm rol oynayır, Türkiyə isə Azərbaycan və Özbəkistanın Avropa, Yaxın Şərq və Afrika ölkələri ilə ticarətində körpü rolunu oynayır.

Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş bildirib.

M.Muş vurğulayıb ki, Türkiyə, Azərbaycan və Özbəkistanın ümumi ÜDM-i 1 trilyon ABŞ dollarına çatır. Üç ölkənin əhalisinin sayı 130 milyon nəfərdir ki, bu, böyük potensialın göstəricisidir.

Nazirin sözlərinə görə, Azərbaycan və Özbəkistanla imzalanan güzəştli ticarət müqavilələri bu potensialın reallaşdırılmasına əhəmiyyət verildiyini göstərir. “İnanıram ki, gələcəkdə bu müqavilələrin əhatə dairəsinin genişlənməsi ilə ticarət əlaqələrimizdə yeni dövrə qədəm qoyulacaq. Bundan əlavə, gömrükdə bürokratiyanın azaldılması istiqamətində addımların atılması ölkələrimiz arasında ticarəti asanlaşdıracaq və ticarət həcminin artmasına müsbət töhfə verəcək”, - Mehmet Muş vurğulayıb.

Ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasına önəm verdiklərini vurğulayan Muş daha sonra deyib:

"Azərbaycanla sadələşdirilmiş gömrük dəhlizinin tətbiqində son mərhələyə gəldik. Pilot tətbiqin işə salınması üçün texniki infrastruktur işlərinə başlamışıq. Özbəkistanla da sadələşdirilmiş gömrük dəhlizi yaratmaq istəyirik. Digər tərəfdən ticarətin ayrılmaz hissəsi olan nəqliyyat sahəsində atılacaq addımların qiymətləndirilməsi çərçivəsində nəqliyyat nazirlərimizin bu görüş vəsiləsi ilə bir araya gəlməsi vacibdir”.

Nazir nəqliyyat sahəsinin yaxşılaşdırılması üçün atılacaq addımların təkcə ölkələrin deyil, həm də regional iqtisadiyyatın güclənməsinə töhfə verəcəyinə diqqət çəkib.





Ana səhifəyə qayıt        Baxış: 4 490          Tarix: 3-08-2022, 05:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma