“Ukraynanın işğalçı rus ordusuna qarşı apardığı genişmiqyaslı müharibənin aktiv mərhələsini qışa qədər başa çatdırması həyati vəzifədir”.
Ovqat.com xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində bildirib.
“Aktiv fazanı qışa qədər başa çatdırmaq çətin və iddialı, lakin həyati əhəmiyyət kəsb edən bir məsələdir. Biz ölkəmizin işğaldan azad edilməsi məqsədlərinə nail olmaq üçün hər şeyi edirik. Və müvafiq olaraq, biz bunu tərəfdaşlarımıza izah edirik. Onlar da bizim mövqeyimizi bölüşürlər”, - deyə o bildirib.
Yermak əlavə edib ki, hazırda istilik enerjisi infrastrukturuna hücum riskləri qalmaqdadır: “Bu, düşmənin əsas məqsədlərindən biridir, hətta bunu gizlətmirlər də. Payızın sonuna qədər müharibənin aktiv hissəsini bitirmək üçün maksimum tədbirlər görmək istəməyimizin səbəblərindən biri də budur”.
Ukrayna rəsmisi vurğulayıb ki, Rusiya qoşunları müvəqqəti işğal olunmuş ərazilərdə nə qədər çox qalıb orada istehkam qurmağa çalışsalar, bu əraziləri işğaldan azad etmək bir o qədər çətin olacaq.
Paylaş: