Xəbər lenti

İrəvanın Respublika meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilib.

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyi məlumat yayıb.

Aksiyanın təşkilatçısı Ermənistanın Polşadakı sabiq səfiri Edqar Kazaryan bildirib ki, müxalifətçilər baş nazirlə görüşməyi planlaşdırırlar. Görüşün gündəliyində olan yeganə məsələ hökumət başçısının istefasıdır.

“Paşinyan vergi ödəyicilərinin pulu ilə 2 milyona avtomobil alıb, üstəgəl də helikopteri var. Qoy onlardan istifadə edərək hökumət binasına gəlib bizimlə görüşsün” – deyə keçmiş diplıomat tələb edib.




Ana səhifəyə qayıt        Baxış: 3 092          Tarix: 23-08-2022, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma