Xəbər lenti


Yayılan xəbərlərə görə, İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xamanei ölüb. İranın ali rəhbərinin bağırsaq xərçəngindən əziyyət çəkdiyi bildirilir. Xüsusilə, son günlər Xamaneinin ortalıqda görünməməsi onun öldüyü və yaxud səhhətinin qeyri-qənaətbıxş olmadığı haqqında şübhələrə yol açıb. 

 

Maraqlıdır, Xamanei öldükdən sonra İrandakı siyasi vəziyyət və ali rəhbərin ehtimal olunan varisi kim olacaq?

 

Bu, və ya başqa suallarla əlaqədar politoloq Kamal Əliyevin fikirlərini öyrəndik.

 

Həmsöhbətimiz Ovqat.com-a açıqlamasında dedi ki, İrandakı siyasi rejim olduqca mürəkkəbdir və bu ölkədəki hərbi sahəni, bürokratiyanı, medianı, hüquq sistemini ali rəhbər idarə edir: “Şübhəsiz ki, post-Xamanei dövrü İranda siyasi münasibətlərin rəvan olmayacagını deyə bilərik. İndiki ali rəhbər Xamanei 1981-1989-cu illərdə İranın prezidenti olub. Daha sonra İran İslam İnqilabının lideri Xomeyninin ölümündən sonra Qazilər Məclisi ali rəhbər vəzifəsinə Seyid Əli Hüseyn Xameneini seçdi. Elə o gündən İranı Xamenei idarə edir. 

 

O ki qaldı prezidentlərə, onları əslində İran xalqı yox, Xamanei seçir. Mən İrandakı seçkiləri formal hesab edirəm. Yəni, Xamanei kimi istəyirsə, o da prezident olur. Bu, istər islahatçılardan olsun, istər mühafizəkarlardan".

 

 

Kamal Əliyev bir maraqlı məqamı da vurgulayıb ki, 1990-cı ildə İranda yayılmış bir səs yazısında Xamanei Qazilər Məclisində deyib ki, İran qanunlarına görə, ali rəhbərdə gərəkli olan əlamətlər onda yoxdur və o, nə fəqihdir, nə də müctəhid. Kamal Əliyevin iddiasına görə, məlum səs yazısında Xamanei hətta deyib ki, mənim və mənim kimilərin rəhbər oldugu bir cəmiyyət üçün aglamalıyıq.

 

Xamaneidən sonrakı periodda kimin İranın ali rəhbəri olacagı məsələsinə gəldikdə isə Kamal Əliyev belə dedi: “Bu seçimi təbii ki, əsasən Məşhəddə yerləşən Qazilər Məclisi müəyyən edəcək. Birinci namizəd Xamaneinin oğullarından Seyid Müctəba Xamaneidir. Dogrudur, Xamaneinin digər oğulları Məsud Xamanei və Mustafa Xamanei də var. Lakin öndə olan namizəd Müctəba Xamaneidir. Bundan əlavə, İran İslam İslam İnqilabının lideri Ruhulla Xomeyninin nəvəsi Həsən Xomeyninin də adını çəkmək olar. Mümkün namizədlər arasında Sadiq Laricani və indiki prezident İbrahim Rəisi də var. Hesab edirəm ki, Xamanei əsasən oğlu Müctəba Xamanei və indiki prezident İbrahim Rəisinin üzərində duracaq".

 

 

Kamal Əliyevin fikrincə, yeni ali rəhbərin təyinatında Qazilər Məclisi ilə yanaşı SEPAH-ın da rolu olacaq: "İran sadəcə Qazilər Şurasından asılı bir ölkə deyil. Heç şübhəsiz ki, SEPAH-ın da rəyini alacaqlar. Zənnimcə,bu dəfə ali rəhbər vəzifəsinə etnik fars seçiləcək. Dogrudur, ali rəhbər vəzifəsini tutmaq üçün etnik azərbaycanlı fəqih və ya müctəhidlər də var. Amma mənim qənaətim budur ki, İranın ali lideri fars millətindən olacaq. Çünki SEPAH-a yaxın olan şəxslər bu niyyətlərini dolayı yolla da olsa gizlətmirlər. Əgər Xamsneinin oğlu Müctəbə və ya Məsud ali rəhbər seçilməsə, bu postu ya indiki prezident İbrahim Rəisi, ya da inqilabın lideri Xomeyninin nəvəsi Həsən Xomeyni tutacaq. 

 

Bir məqamı da deyim ki, Xamaneidən sonra İranda bir müddət siyasi sabitliyin pozulacağına, proseslərin gərginləşəcəyini ehtimal edirəm. Hətta İranın ali rəhbəri postu uğrunda azərbaycanlılarla farslar arasında bir müddət ciddi siyasi rəqabət də gedəcək"-deyə Kamal Əliyev fikirlərinə yekun vurdu.

 

Nicat Əlili




Ana səhifəyə qayıt        Baxış: 6 442          Tarix: 12-09-2022, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma