Xəbər lenti


«Etiraf etmək lazımdır ki, ayrı-ayrı ölkələr və ya ölkə ilə bağlı gözləntilərimiz böyük idi və ola bilsin ki, bəzi hallarda bu gözləntilər o qədər də özünü doğrultmadı».


Ovqat.com-un məlumatına görə, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bu gün Ermənistan hökumətinin iclasında İrəvanın BMT TŞ-na Azərvaycanla bağlı şikayətinə aldıqları cavabı şərh edərkən belə deyib.

Nazir gözləntilərinin özünü tam doğrultmadığını etiraz etsə də, beynəlxalq ictimaiyyətin cavabından məmnun qaldığını gizlətməyib: “Dünən Bakı beynəlxalq ictimaiyyətdən adekvat cavab aldı”.

Ölkələrin böyük əksəriyyətinin gücdən istifadənin yolverilməzliyini və Ermənistanın suveren ərazisinin toxunulmazlığını vurğuladığını xatırladan Mirzoyan bildirib ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan məsələsi ilə bağlı iclas iki dəfə keçirilib: «Əvvəlcə qapalı, sonra isə açıq rejimdə. Dünya ictimaiyyəti Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin mövqelərini izləyə bildi. Müzakirələrin yekunu üzrə sənəd hələ qəbul edilməyib, lakin bu, müzakirələrin əhəmiyyətindən heç də xırdatmır, belə ki, sənəd olmadan da beynəlxalq birlik aydın mövqe tutdu».

Nazir bildirib ki, dünya dövlətlərinin bir çoxu son vaxtlar Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliyi «təcavüz» kimi qiymətləndirib və «aydın başa düşülür ki, mülki infrastrukturlar da hücuma məruz qalmasından «təcavüzkar»ın öz ilkin mövqelərinə qayıtmasından» söhbət gedir.

Mirzoyanın fikrincə, beynəlxalq birliyin açıqlamalarında Azərbaycan rəhbərliyinin Qarabağ məsələsinin də artıq mövcud olmaması tezisi də rədd edilib.

Xatırladaq ki, Ermənistanın müraciəti əsasında Fransanın (sədr ölkə) təşəbbüsü ilə çağırılan BMT Təhlükəsizlik Şurasının dünənki iclasında Daimi üzvlərlə (Çin, Böyük Britaniya, ABŞ, Fransa, Rusiya) yanaşı, Hindistan, İrlandiya, Meksika, Qana, Braziliya, BƏƏ, Albaniya kimi müvəqqəti üzvlərin təmsilçiləri də iştirak etmişdilər.

İclasda çıxış edən ölkələrin nümayəndələri Ermənistan-Azərbaycan sərhədində artan gərginlikdən və hər iki tərəfdən itkilər barədə məlumatlardan ciddi narahat olduqlarını bildirmişdilər. Bundan başqa, sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün səylərin gücləndirilməsinin vacibliyi qeyd edilmiş, İrəvan və Bakı gərginliyi azaltmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırılmışdı. Göründüyü kimi, bu məlumatda hansısa hansısa tərəfin «təcavüzkar» kimi göstərilməsindən söhbət getmir, gedə də bilməz. Çünki ortada iki dövlət arasındakı sərhədlərin müəyyənləşdirilməməsi reallığı var və ortada sərhəd yoxdursa, hansı ölkənin təcavüzkar, hansı ölkənin təcavüzə məruz qalan tərəf olduğu da bəlli deyil. Maraqlıdır ki, Azərbaycanın bütün çağırışlarına baxmayaraq, sərhədlərin delimitasiya və demarkasiya olunmasını əngəlləyən tərəf də məhz bu gün təcavüzə məruz qaldığını iddia edən Ermənistandır.

Görünür, Ermənistan rəhbərliyi öz uğursuz diplomatiyasını və qeyri-müəyyən siyasətinin ağır nəticələrini xalqdan gizlətmək üçün yalançı bəyanatlar səsləndirməklə baş aldadır.







Ana səhifəyə qayıt        Baxış: 6 503          Tarix: 16-09-2022, 13:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma